44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu şanlı tarix yazaraq möhtəşəm Qələbəni əldə etdi. Vətən müharibəsində möhtəşəm Zəfərimizin qəhrəmanlarından olan Bestcomp Group ailəsinin 5 əməkdaşı vətən qarşısında borclarını şərəflə yerinə yetirərək iş yerlərinə geri dönüblər.

Onları şirkətin əməkdaşları böyük coşqu və ruh yüksəkliyi ilə qarşılayıb. Şirkətin rəhbərliyi və işçi heyəti onlara göstərdiyi şücaətə görə xüsusi təşəkkür edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd edək ki, şirkətin əməkdaşı Vaqif Pçyolkin Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən  “Cəbrayılın azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Qələbəmizin qəhrəmanları ilə qürur duyuruq!