Bestcomp Group şirkətinin rəhbərliyi  və Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Bestcomp Group şirkətində işgüzar görüş keçirib.

Görüşdə Bestcomp Group-un Müşahidə Şurasının Sədri Rauf Həsənov şirkətin əsas fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib. Bildirib ki, şirkət biznes proseslərin avtomatlaşdırılması, şəbəkə həlləri, təhlükəsizlik infrastrukruturunun qurulması, kəsintisiz enerji təminatı və soyutma sistemləri, şəbəkə kabel sistemləri, biznesin davamlılığının planlaşdırılması üzrə məhsul və xidmətlər təklif edir. AzTU-nun rektoru Vilayət Vəliyev elmi-innovativ əməkdaşlığın inkişaf etdirilməsində, tələbələrin təcrübə proqramlarına, biznes layihələrin hazırlanmasına cəlb olunmasında Bestcomp Group kimi şirkətlərin xüsusi rolu olduğunu vurğulayıb.

Şirkətlə tanışlıq zamanı qonaqlar AzTU məzunlarından ibarət işçi heyətin real iş prosesini izləyib. Görüşdən sonra tərəflər arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.