Azərbaycanın aparıcı İT şirkəti BestComp Group dünyanın 150 ölkəsindən 10 mindən artıq tərəfdaşın qatıldığı  “CISCO Partner Summit” tədbirində 2020-ci ilin “CIS Technology Excellence: Security Partner of the Year” mükafatı ilə təltif edilib.

Mükafat CISCO-nun Rusiya, MDB və Rumıniya üzrə vitse-prezidenti Conatan Sparrou tərəfindən təqdim edilib. Onlayn keçən təqdimatda Bestcomp Group şirkətinin hər il həm Azərbaycanda, həm də xarici ölkələrdə realizə etdiyi irimiqyaslı layihələr sayəsində inamla irəli addımlaması xüsusilə vurğulanıb.

Şirkətin baş direktoru Fərid Həsənov bildirmişdir: “Bu hadisə bizim üçün çox sevindiricidir və Azərbaycan şirkətinin böyük uğurudur. Son illərdə şirkətimiz Data Mərkəz, informasiya təhlükəsizliyi və telekommunikasiya həllərinin layihələndirilməsi və tətbiqi üzrə böyük uğurlara imza atmışdır. Bestcomp Group öncə də CISCO tərəfindən çoxsaylı mükafatlara layiq görülüb. Şirkətimiz informasiya təhlükəsizliyi sahəsində MDB məkanında “Cisco Master Security Specialization” statusu olan 3 şirkətdən biridir. Bestcomp Group keçən il də ABŞ-ın Las-Veqas şəhərində keçirilmiş, dünyanın çox sayda ölkəsindən 4 mindən çox iştirakçının qatıldığı “Cisco Partner Summit” tədbirində “Azerbaijan Enterprise Partner of the Year” mükafatı ilə təltif edilmişdi. Bildirmək istəyirəm ki, bizim 2020-ci ildə CISCO ilə əməkdaşlıq göstəricilərimiz daha da sevindirici oldu və biz bu sahədə Azərbaycan bazarında öz lider statusumuzu daha da möhkəmləndirdik. Biz müasir İT texnologiyaları sahəsində müştərilərin tələb və ehtiyaclarını nəzərə alaraq şirkətimizin təqdim etdiyi həllərin təkmillləşdirilməsi, tərəfdaş seçimi və müştəri məmnuniyyəti üzərində daim çalışırıq. Əldə etdiyimiz bütün nailiyyətlər bizim yüksək səviyyəli mütəxəssislərimizin və hörmətli sifarişçilərimizin sayəsində mümkün olmuşdur. Biz bu işdə əməyi olan hər kəsə minnətdarlığımızı bildiririk”.