Bestcomp Group məmnuniyyətlə bildirir ki, şirkət Azərbaycanda və MDB ölkələri arasında İT təhlükəsizliyi ixtisaslaşması üzrə ən üstün Master səviyyəsinə malik ilk və yeganə Cisco tərəfdaşıdır.

Şirkət, yüksək səviyyəli peşəkar əməkdaşlara, xüsusi ixtisaslaşmalara malik olmaqla, bütün Cisco normativ tələblərinə müvəffəqiyyətlə cavab verərək, Cisco texnologiyası əsasında, o cümlədən informasiya təhlükəsizliyi sahəsində satışların həyata keçirilməsini, çətin və mürəkkəb kompleks həllərin texniki dəstəyini və tətbiqini yüksək səviyyədə gerçəkləşdirə bildiyini nümayiş etdirmişdir. Cisco Master Security statusunun əldə edilməsi bir daha sübut edir ki, Bestcomp Group əməkdaşlarının İT həllərin bütün həyat dövrünü əhatə edən planlaşdırma, layihələndirmə, tətbiqetmə, dəstək, istismar və optimallaşdırma daxil olmaqla, informasiya təhlükəsizliyi sahəsində yüksək peşəkarlığa və səriştəyə malikdirlər.

Cisco Master Security ixtisaslaşması ən çətin və nadir istiqamətlərdən sayılır. Belə ki, bu səviyyənin əldə edilməsi və qorunması üçün hər il informasiya təhlükəsizliyi sahəsində irimiqyaslı layihələri uğurlu şəkildə icra etməklə daim bu peşəkarlığın təsdiqlənməsi tələb olunur. Ötən il ərzində Bestcomp Group bir sıra uğurlu layihələrə imza ataraq ölkənin müxtəlif iqtisadi sahələrində fəaliyyət göstərən iri şirkətlərin sifarişlərini həyata keçirmişdir.

Bestcomp Group iftixarla bildirir ki, iqtisadiyyatın İT sahəsində müəyyən diferensiasiya səviyyəsinə çıxaraq, şirkət Cisco təhlükəsizliyi üzrə yüksək peşəkarlığını sübut etməkdə davam edir.

Bestcomp Group şirkətlər qrupu Zaqafqaziya və Mərkəzi Asiya regionunda Lenovo, HP Inc., Hewlett Packard Enterprise, Acer, Microsoft, CISCO, Juniper, Fortinet, Eaton, APC by Schneider Electric, Schneider Electric, Eltek, Benning, Radware, Microfocus, Manage Engine, Panduit, Tripp Lite, Artronic, Uniview, Apacer, Kindermann, HID, Monacor, Qualys, Radiflow kimi dünyanın bir çox aparıcı istehsalçılarının Value Added distribütoru, İKT sistem inteqrasiyası sahəsində tərəfdaşı olaraq, sifarişçilərə fəaliyyət göstərdikləri ölkələrdə peşəkar konsaltinq, texniki və layihə dəstəyi xidmətləri təqdim edir.