Şirkət haqqında

1995-ci ildə yaradılan BestComp Group şirkəti Cənubi Qafqaz və Orta Asiyanın aparıcı İT şirkətlərindən biridir. Beynəlxalq qabaqcıl şirkətlərlə yaxından əməkdaşlıq edərək, BestComp Group geniş çeşiddə məhsul və xidmətlər təklif edir. Bura sistem inteqrasiyası, məlumat mərkəzi həlləri, şəbəkə həlləri, enerji təminatı və soyutma sistemləri, tətbiqetmələr və proqram təminatının hazırlanması, İT sahəsində məsləhət xidmətləri, o cümlədən, distribüsiya xidmətləri daxildir. Uzun illərə dayanan peşəkar biznes yanaşmamız şirkətimizin yüksək səviyyədə müştəri məmnuniyyəti qazanmasına səbəb olmuş və nəticə etibarilə onu bu gün ön sıralarda gedən İT şirkətlərdən birinə çevirmişdir.

BestComp Group Hewlett Packard Enterprise, Aruba Networks, Palo Alto, 3CX şirkətlərinin “Platinum”, Hewlett Packard Incorporated, Oracle, Thales, Ncipher şirkətlərinin “Gold”, Fortinet və Snom şirkətlərinin “Silver”, Cisco şirkətinin “Premier”, APC by Schneider Electric şirkətinin “Elite”, Microsoft şirkətinin distribütoru, Acer, Lenovo, Juniper, Micro Focus, Radware, Vmware, Schneider Electric, Eaton, Tripplite, Sandvine, Gemalto, HID, F5 və dünyanın 50-dən artıq digər qabaqcıl istehsalçısının rəsmi tərəfdaşıdır.

BestComp Group öz fəaliyyətini Azərbaycanın hüdudlarından kənarda da davam etdirir. Belə ki, qonşu ölkə Gürcüstanda bir ofisimiz, o cümlədən Mərkəzi Asiya ölkələri üzrə regional ofisimiz Özbəkistanda fəaliyyət göstərir. Şirkətin tarixi İnformasiya Texnologiyaları sahəsində Azərbaycan, Gürcüstan və Mərkəzi Asiya ölkələrində uğurla həyata keçirilən yüzlərlə müxtəlif layihə ilə zəngindir. Şirkətimizin müştərilərə təqdim etdiyi məhsullar və göstərdiyi xidmətlərin əsas hədəfi müştəri məmnuniyyətidir. Göstərdiyimiz məsləhət xidmətləri şirkətlərin İT infrastrukturunun daha da təkmilləşməsinə və bununla da fəaliyyətlərinin müasir standartlara uyğun və məhsuldar olmasına yardımçı olur. BestComp Group ISO 9001:2015 beynəlxalq keyfiyyət və ISO 27001:2013 İnformasiya Təhlükəsizliyi İdarəetmə Sistemi sertifikatlarına malikdir və bu, bir daha müştərilərin yüksək keyfiyyətli və təhlükəsiz xidmətlərlə təmin olunacaqlarının bir göstəricisidir.

Şirkətin fəlsəfəsi

// Fəlsəfəmiz

Ən yaxşı ol!

//Missiyamız

– sifarişçilər üçün optimal İT həllər və tətbiqlər hazırlamaq üçün ən qabaqcıl texnologiya və məhsulları bazara gətirmək;

– peşəkar mütəxəssislər yetişdirmək;

– cəmiyyətin İT sahəsində maarifləndirilməsində aktiv iştirak etmək;

//Məqsədimiz

– daim regionun İKT sektorunda aparıcı şirkət olaraq qalmaq;

– hər cür mürəkkəb səviyyədə həllər, ən son texnologiya və dəstək təmin etmək;

// BestComp Group-un başlıca dəyərləri:

  • PEŞƏKARLIQ
  • ÇEVİKLİK
  • KEYFİYYƏT
  • İNNOVATİVLİK
  • ETİBARLILIQ
  • SƏMƏRƏLİLİK
  • KREATİVLİK

Mükafatlar

İnsan kapitalı

BestComp Group 330-dan artıq sadiq işçinin ailəsidir. Şirkətdə bir çox sayda yüksək-ixtisaslı və bacarıqlı mütəxəssislər çalışır. Əsas dəyərlərindən biri kimi peşəkarlığı rəhbər tutaraq, BestComp Group kadrlarının ixtisas səviyyələrinin davamlı şəkildə artırılması üçün onların Azərbaycanda və xaricdə müxtəlif təlimlər keçməsinə ciddi sərmayələr yatırır. Şirkətin əməkdaşları mütəmadi olaraq müxtəlif İT sahələri üzrə aparıcı şirkətlər tərəfindən təşkil edilən ixtisaslaşmış təlimlərə qatılır. Hal-hazırda şirkətin əməkdaşlarının dünyanın aparıcı İT şirkətlərindən aldıqları sertifikatların sayı 500-dən artıqdır.

İnformasiya təhlükəsizliyi siyasətinin prinsipləri

BestComp Group şirkəti informasiyanı çox vacib anlayış olaraq qəbul edir. Biz informasiya aktivləri ilə bağlı hər cür risk və təhlükələri müəyyənləşdirmək və idarə etmək məqsədilə ISO 27001 standartını tətbiq edirik. İnformasiya təhlükəsizliyinə böyük əhəmiyyət verən şirkətimizin əsas prinsipləri aşağıdakılardır:

  • İnformasiya təhlükəsizliyi ilə bağlı qanunveciliyin bütün tələbləri və müqavilələrə əməl edilməsi ilə bağlı aparılan fəaliyyəti rəhbər tutaraq xidməti təşkil etmək,
  • Risklərin qiymətləndirilməsi və idarə edilməsini təmin edən informasiya təhlükəsizliyi sistemini tətbiq etmək,
  • İnformasiya təhlükəsizliyinin idarə edilməsi standartını yerinə yetirməklə informasiya aktivlərinin bütövlüyünü, məxfiliyini, əlçatanlığını təmin etmək və müntəzəm olaraq təkmilləşdirmək,
  • İnformasiya təhlükəsizliyinin dərk edilməsi məqsədilə təlim və maarifləndirmə proqramlarının təşkil etmək,
  • Müştəri və digər səhmdarlarla xidmət/məhsul alma və vermə müddətində informasiya təhlükəsizliyi öhdəliklərini nəzərə alaraq fəaliyyət göstərmək,
  • BestComp Group şirkəti müntəzəm inkişafını təmin etmək məqsədilə öz siyasətini və informasiya təhlükəsizliyi fəaliyyətini daim nəzarətdə saxlayır.

Müştəri rəyi

BestComp Group şirkətinin əməkdaşlarının fədakarlığı və peşəkarlığı sayəsində Səhiyyə Nazirliyi üçün böhranlı sistemin dayanma müddətini ən maksimal həddə azalda bildik və bütöv infrastrukturu növbəti günə tam bərpa etdik. Biz BestComp Group ilə uzunmüddətli səmərəli və peşəkar münasibətlərimizə yüksək dəyər veririk və ümid edirik ki, bizim qarşılıqlı tərəfdaşlığımız uzunömürlü olacaq.

Azamat Jilokov

Layihə Meneceri,“Black and Veatch”
2010-cu ildən etibarən biz BestComp Group şirkəti ilə UPS-lərin (fasiləsiz enerji mənbələri) layihələndirilməsi, quraşdırılması, işlədilməsi və texniki dəstəyin təmin edilməsi istiqamətində sıx əməkdaşlıq edirik. Uzun illərdir ki, məhz BestComp Group şirkəti əsas dövlət qurumlarında UPS sistemlərini müvəffəqiyyətlə yerləşməsini və işə salınmasını təmin etmişdir. Bir əlamətdar hadisəni xüsusilə qeyd etmək istərdik; Azərbaycanda ən güclü UPS sistemini (13x400 kVA) Crystal Hall və Briefing Center üçün BestComp Group şirkəti quraşdırmışdır.

Vüqar Şahmuradov

İdarə Heyətinin Sədri, “Azenco” ASC
BestComp Group şirkətinin əməkdaşlarının yüksək texniki və nəzəri bilikləri ilə yanaşı zəngin təcrübələri onları digərlərindən fərqləndirir və üstün edir. İşçilərin peşəkarlığı, eyni zamanda müştərilərin sorğularının 24/7 rejimində cavablandırılmasında nümayiş etdirilən operativlikdə də öz əksini tapır. Çox sevindirici haldır ki, şirkətin bütün məhsulları və xidmətləri müştərilərin bizneslərini effektiv üsullarla idarə edilməsi sahəsində onların tələbatlarının yüksək səviyyədə ödənilməsinə istiqamətlənmişdir.

M.A. Allahverdiyev

İT Direktor, AGBank
Bizim müştərək həyata keçirdiyimiz layihələrdə rastlaşdığımız keyfiyyət və peşəkarlıqdan çox razıyıq və hamıya BestComp Group şirkəti ilə əməkdaşlıq etməyi qətiyyətlə tövsiyə edirik.

Emin Rzayev

İdarə Heyətinin Sədri, “Bakelektro” ASC