Həllər

Səhiyyə


Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilən "Azərbaycan Elektron Səhiyyə Proqramı"nda iştirak edən BestComp Group şirkəti vətəndaşların elektron sağlamlıq kartlarının hazırlanmasını və 335 səhiyyə müəssisəsində - doğum evləri, uşaq poliklinikaları, xəstəxanaların pediatriya şöbələri, uşaq xəstəxanalarında müvafiq proqram təminatının tətbiqini həyata keçirib. Şirkətin təqdim etdiyi bu həll doğum evində anadan olan hər bir körpənin məlumatlarının müvafiq uşaq poliklinikasına avtomatik qaydada ötürülməsini təmin edir. Bu layihə respublikada həyata keçirilən e-hökümət proyektinin bir hissəsidir. Elektron sağlamlıq kartı körpələrin müayinə və müalicəsinin operativliyini təmin etməklə yanaşı, keyfiyyətcə yeni mərhələyə çıxmasına yardım göstərəcəkdir.

 

BestComp Group şirkətinin Mərkəzi Klinik Xəstəxanada və 1 saylı Xəstəxanada həyata keçirdiyi İKT həlləri ən müasir tələblərə cavab verir.