Distribüsiya

Bestcomp Group Cisco-nun Azərbaycanda biznes partnyor statusuna malikdir.

 

Cisco şəbəkə avadanlıqları və texnologiyaları təqdim edən dünya lideridir. Şirkətin fəaliyyəti beş əsas texnoloji sahələrə yönəlib:

 

- Magistral marşrutlaşdırma, kommutasiya və təhlükəsizlik xidmətləri;
- Birgə əməkdaşlıq üçün həllər;
- Məlumatların işlənməsi mərkəzlərinin virtual səviyyəyə çatdırılması, seçmə əsasında hesablamalar;
- Biznesin təkmilləşdirilməsi üçün struktur məkanlarının yaradılması;
- Video texnologiyaların işlənməsi;

 

Cisco-nun WebEx məhsulu istənilən yerdə və istənilən zaman insanları onlayn rejimdə birləşdirmək deməkdir.

 

Cisco WebEx Meeting Center sizə aşağıdakı imkanları verir:

 

- Müştərilər, tərəfdaşlar və əməkdaşları ilə daha səmərəli əməkdaşlıq etmək imkanı;
- Dünyanın istənilən yerindən komandanız ilə məlumat mübadiləsi etmək imkanı. Bunun üçün sizə yalnız internətə çıxış tələb olunur;
- Resurslardan maksimum səmərə əldə etmək üçün, heç bir yerə səfər etmədən, xərclərə və zamana qənaət edərək, insanların birgə fəaliyyət göstərməsinə imkan yaradır;
- İstifadə olunan cihazın növündən asılı olmayaraq, istənilən zaman və istənilən yerdə video görüş keçirmək imkanı;
- Görüşlərin daha maraqlı və məhsuldar keçməsi üçün yüksək tezlikli video görünüş yaradılması imkanı.

 

WebEx haqqında daha ətraflı məlumat əldə etmək üçün WebEx haqqında broşuru endirə bilərsiniz.