Kəsintisiz enerji
təchizatı sistemləri


Kəsintisiz enerji təchizatı həlləri BestComp Groupun çox böyük uğurlar qazandığı sahə olmaqla yanaşı, həm də region miqyasında həyata keçirdiyimiz unikal layihələrlə xüsusi yer tutur. Bu həllərdən iqtisadiyyatın müxtəlif sektorlarında fəaliyyət göstərən müştərilərimiz faydalanmışlar. Buna telekommunikasiya, bank, nəqliyyat, sənaye sahələrində fəaliyyət göstərən şirkətləri, müxtəlif dövlət qurumları və özəl təşkilatları misal göstərmək olar. Çoxqatlı izafi qoruma səviyyələri olan sistemlər mobil telefon rabitəsi operatorları, banklar, televiziya, aeroport, tikinti şirkətləri və s. üçün qurulmuşdur. Gücləri 20-800 kVA olan 3-fazalı kəsintisiz qida mənbələri (UPS), lazım gəldikdə yüksək sürətli elektron mənbə çeviriciləri tətbiqi əsasında çoxlu sayda 1+1, 2+1, 2x(1+1) sxemli paralel, "hot-standby ", eləcə də digər kompleks izafi qoruma səviyyəli layihələr hazırlanmış və müvəffəqiyyətlə həyata keçirilmişdir. Bəzi layihələnmiş UPS sistemlərində ümumi güc 4800kVA-ya çatır.


4 tanınmış UPS istehsalçısı Fransanın APC (MGE UPS Systems), ABŞ-ın Eaton, ABŞ-ın Tripplite, Türkiyənin Artronic şirkətləri ilə tərəfdaşlıq, bununla yanaşı Fransanın Schneider Electric şirkəti ilə yaxın əməkdaşlıq istənilən layihə həlli hazırlayıb həyata keçirməyə imkan verir. Mütəxəssislərimiz adları çəkilmiş şirkətlərin ən yüksək səviyyəli servis treyninqlərini keçərək müvafiq sertifikatlar almışlar.


İstənilən problemi tez bir zamanda həll etməyə qadir olduğumuzu bilən müştərilərimiz uzun vaxtdır ki, biznes-kritik sistemlərinə gündə 24 saat ərzində servisimizdən istifadə edirlər.