Strukturlaşdırılmış
kabel sistemləri


Strukturlaşdırılmış kabel sistemləriStrukturlaşdırılmış kabel şəbəkələri (SKŞ) hər müasir müəssisənin telekommunikasiya sisteminin əsasıdır və özündə lokal hesablama və telefon şəbəkələrini, təhlükəsizlik və videomüşahidə sistemlərini və s cəmləşdirən universal məlumat ötürmə mühitidir.

 

Strukturlaşdırılmış kabel şəbəkəsi - binanın və ya binalar qrupunun kabellərə, rozetkalara, mərtəbə, bina və binalar qrupu üçün paylaşdırıcılara malik olan kabel sistemidir.

 

Strukturlaşdırılmış kabel şəbəkəsi - funksional təyinata görə müxtəlif olan bir çox informasiya servislərini vahid məkanda birləşdirməyə imkan yaradan binanın mühəndis strukturunun universal sistemidir.

 

Strukturlaşdırılmış kabel sisteminin təyinatı vahid kabel infrastrukturunun təşkilindən ibarətdir, hansı ki, sonradan lokal hesablama şəbəkəsi, telefoniya və videomüşahidə sisteməri, idarəetmə şəbəkələri, siqnalizasiya və məlumatın ötürülməsi və emalı üçün digər sistemlər tərəfindən istifadə edilə bilər.

 

BestComp Group şirkətinin mütəxəssislərinin vəzifəsi binanın bütün istismar müddətində kabel şəbəkəsinin yenidən işlənməsinə və genişləndirilməsinə ehtiyac olmayaraq sistemin bütün potensial istifadəçilərinin tələbatlarının ödənilməsindən ibarətdir.

 

BestComp Group şirkəti Azərbaycanın bazarında kabel sistemlərinin quraşdırılması və xidmət olunması sahəsində tam çeşiddə xidmətlər təklif edir.

 

Binanın infrastrukturuna, xüsusilə strukturlaşdırılmış kabel şəbəkəsinin layihələndirilməsi mərhələsində, bu cür yanaşılmasına görə, istifadəçilər üçün tam şəffaf olan və istifadə edilən tətbiqi proqramlardan asılı olmayan inteqrə olunmuş sistemin yaradılması mümkündür.

 

SKŞ-nin adi kabel şəbəkələri ilə müqayisədə üstünlükləri:

  • Verilənlərin, səsin və videosiqnalın ötürülməsi üçün vahid kabel sistemi istifadə olunur;
  • Modul prinsipi əsasında qurulur və mövcud şəbəkənin bütövlükdə əvəz olunmasına ehtiyac olmadan dəyişikliklərin edilməsi və genişləndirmə imkanlarına malikdir;
  • Məlumatın ötürülməsi texnologiyalarında və aktiv avadanlığın növlərində dəyişikliklərdən asılı deyil;
  • Standart komponentlərdən və materiallardan istifadə edir;
  • Ən az sayda xidmət personalı tərəfindən idarə edilməsinə;
  • Bir şəbəkədə həm optik-lif və mis kabelinin birgə istifadəsi mümkündür;
  • İnvestisiyaların saxlanması şərtilə genişləndirmə imkanları;

Strukturlaşdırılmış kabel sisteminin quruluşu hər interfeysdən (qoşulma nöqtəsi) bütün şəbəkə resurslarına çıxışın təmin edilməsinə imkan verir.

 

Bütün işlər müvafiq sertifikatlara malik olan BestComp Group şirkətinin yüksək ixtisaslı mütəxəssisləri tərəfindən həyata keçirilir.

 

Həmin şərait hər potensial müştərimiz üçün binanın bütün sistemlərinin tələblərinə cavab verən universal inteqrə olunmuş kabel sisteminin zəruriliyini şərtləndirir. BestComp Group şirkətinin mütəxəssisləri tərəfindən layihələndirilmiş və qurulmuş kabel sistemləri bütün tətbiqi proqramlarla və kommutasiya standartları ilə uyğunlaşa bilir və yaxşı qiymət-keyfiyyət nisbətini təklif edir.