Xəbərlər

Bestcomp Group şirkəti Cisco-nun sertifikatlaşdırılmış Premyer-Partnyoru statusuna layiq görülüb.

Dünyanın aparıcı texnoloji şirkətləri ilə əməkdaşlıq edən BestComp Group 2011-ci ildən Cisco-nun sertifikatlaşdırılmış Premyer-Partnyoru statusuna layiq görülüb. 

 

BestComp Karel şirkətinin distribütoru oldu

2011-ci ildən etibarən Bestcomp Group firması Karel şirkətinin distribütorudur. 

Bestcomp Group AASTRA şirkətinin biznes tərəfdaşı oldu

Bestcomp Group şirkəti AASTRA şirkətinin biznes tərəfdaşı oldu.

Bestcomp Group “Baku Open 2011” – Şahmat turnirinin sponsorudur

 

Avqustun 5-dən 14-nə kimi, Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə həsr edilmiş Beynəlxalq “Baku-open-2011” turniri  keçiriləcəkdir. İsveçrə sistemi üzrə keçiriləcək yarışda 73 şahmatçı, o cümlədən 28 qrossmeyster iştirak edəcək.

 

Bestcomp Group MDB-nin 20 illiyinə həsr olunmuş sərgidə iştirak edib

28 iyun – 3 iyul 2011-ci il tarixlərində  Moskvada Ümumrusiya Sərgi Mərkəzində Müstəqil Dövlətlər Birliyinin 20 illiyinə həsr olunan Dövlətlərarası Sərgi açılıb.

Bestcomp Group “Schneider Electric”-in biznes tərəfdaşı oldu

Bestcomp Group şirkəti Schneider Electric şirkəti ilə quraşdırma sistemləri və avtomatlaşdırma məhsulları üzrə biznes tərəfdaşı oldu. Schneider Electric» şirkəti elektrik enerjisinin paylanması və sənaye proseslərinin avtomatlaşdırması üzrə dünya liderlərindəndir: şirkətin resursları dünya üzrə yerləşmiş 205 zavod, 106 ölkədə 100 mindən artıq əməkdaşdan ibarətdir.

Bestcomp Group Moskvada keçirilmiş «Svyaz Ekspokomm-2011» sərgisində

Rabitə və Informasiya Texnologiyaları Naziri Əli Abbasovun başçılığı altında Azərbaycan nümayəndə heyəti , may ayının 10-da Rusiyanın paytaxtı Moskva şəhərində start götürən “Svyaz Ekspokomm-2011” 23-cü Beynəlxalq telekommunikasiya avadanlığı, idarəetmə sistemləri, informasiya texnologiyaları və rabitə xidmətləri sərgisində iştirak etmişdir.

 

Bestcomp Group şirkəti Oracle-in Qızıl Partnyoru (Oracle Gold Partner) oldu

Cənubi Qafqazın ən nüfuzlu İKT şirkətlərindən biri olan Bestcomp Group Oracle-dan Qızıl Partnyor statusuna layiq görülmüşdür.

Bestcomp Group Dr.Web- in biznes tərəfdaşı oldu

Bestcomp Group Rusiya şirkəti olan Dr.Web-in biznes tərəfdaşı olmuşdur. Dr.Web - İT təhlükələrin qarşısının alınması üzrə Rusiya bazarında liderdir. Dr.Web şirkəti 1992-ci ildə yaradılıb. Bu müddət ərzində dünyanın 92 ölkəsində rəsmi satış məntəqələrini yaratmağa nail olub. Şirkətin 3500 rəsmi tərəfdaşı mövcuddur.

Azerfon-Vodafone “Xalq Kompüteri” layihəsinə qoşuldu.

2011-ci ildə Azerfon-Vodafone “Xalq Kompüteri” layihəsinin rəsmi İnternet provayderi olduğunu elan etdi.

Bestcomp Group - “Təhsildə İKT-nin tətbiqi – bilik, təcrübə, texnologiya” adlı baxış-sərgidə iştirak edib.

Yanvarın 28-də Bakı şəhər Əl Oyunları İdman Sarayında “Təhsildə İKT-nin tətbiqi – bilik, təcrübə, texnologiya” adlı baxış-sərgi keçirilib.

 

Müəllimlər və orta məktəb şagirdləri “Xalq Kompüteri” layihəsi çərçivəsində bir il yarım ərzində 10 000 kompüterə sahib oldu.

 

Sumqayıt orta məktəbinin müəllimi “Xalq Kompüteri” layihəsinin tərəfdaşlarından hədiyyə olaraq HP noutbuku əldə etmişdir 

 

“Xalq Kompüteri” layihəsi “Bakutel-2010” sərgisində

“Xalq kompüteri” layihəsinin icrası Azərbaycanda hökumət-özəl tərəfdaşlıq konsepsiyasının, dövlət strukturlarının və İKT sektorunun dünyada aparıcı biznes qurumları ilə birgə işbirliyinin təzahürüdür.  Layihə "Hər ailə üçün kompüter" şüarı altında həyata keçirilir və artıq on min adam layihə çərçivəsində güzəştli şərtlərlə kompüter əldə etmişdir.

 

Bestcomp Group “Bakutel-2010” sərgisində

 

23-26 noyabr 2010 –cu il tarixlərində “Bakı Ekspo” Sərgi və Toplantı mərkəzində informasiya və kommunikasiya sahəsində ən iri ixtisaslaşdırılmış tədbir olan “BakuTel-2010” Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı keçirildi.

 

Bestcomp Group İstanbulda keçirilmiş “CeBİT Bilisim Eurasia" sərgisində iştirak etmişdir

 

Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasovun başçılığı ilə dövlət və özəl sektorun təmsilçilərindən ibarət Azərbaycan nümayəndə heyəti, o cümlədən Bestcomp Group şirkəti, oktyabrın 6-dan 10-dək Türkiyənin İstanbul şəhərində keçirilmiş "CeBİT Bilisim Eurasia" - Beynəlxalq İnformasiya Texnologiyaları sərgi və konfransında iştirak etmişdir.

 

Bestcomp Group II Beynəlxalq uşaq muğam festivalının sponsorudur.

“Kainat” Gənclik Mərkəzi 20 illik yubileyi ərəfəsində II Beynəlxalq uşaq muğam festivalının final mərhələsini keçirdi.

Bestcomp Group - TurkmenTel 2010 sərgisində iştirak etmişdir

15-17 sentyabr tarixlərdə Aşxabad şəhərində “TurkmenTel-2010” IV Beynəlxalq telekommunikasiya, telemetriya, informasiya texnologiyaları və teleradioyayım avadanlığı sərgisi və “Türkmənistan və dünya informasiya-telekommunikasiya texnologiyaları” elmi konfransı keçirilmişdir.

Bestcomp Group “Baku Open 2010” – Şahmat turnirinin sponsorudur

 

Avqustun 21-də yeniyetmələr arasında Respublika Şahmat Mərkəzində, böyüklər arasında Bakının Novxanı qəsəbəsində şahmat üzrə "Baku Open-2010" beynəlxalq turnirinə start verilib.

 

HP-dən “Ən yaxşı servis mərkəzi mükafatı”

2-3 iyul 2010 il tarixində Batumidə Hewlett Packard şirkətinin servis partnyorlarının illik seminarı keçirilmişdir. BestComp Group şirkəti də bu seminarda iştirak etmiş və 2010-cu ildə HP şirkətinin servis xidmətlərinin effektivliyi üzrə MDB-də ən yaxşı servis mərkəzi adına layiq görülmüşdür.

Azercell “Xalq Kompüteri” layihəsinə qoşuldu!

Azercell Telekom MMC, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, HP şirkəti və Microsoftun tərəfdaşlığı ilə həyata keçirilən "Xalq Kompüteri" layihəsində iştirak edir.

 

Xalq Kompüteri layihəsi Naxçıvanda!

 

10 aprel 2009-cu il tarixində start götürmüş “Xalq kompüteri” layihəsi sürətlə genişlənməkdə davam edir.

 

«Xalq Kompüter» layihəsinin İKİNCİ mərhələsinə start verildi!

30 iyun tarixində Hyatt Regency mehmanxanasının “Quba” zalında Azərbaycanda rəqəmli bərabərsizliyin aradan qaldırılması və müxtəlif əhali qruplarının informasiya ilə təmin olunması üçün dövlət və özəl təşəbbüslərin əməkdaşlığı məsələsinə həsr olunmuş İnnovasiyalar Günü keçirildi.

Sumaqayıtda İKT Festivalı

22-23 İyun 2010-cu il tarixlərində Sumqayıt şəhər İcra hakimiyyəti və Sumqayıt şəhər Təhsil Şöbəsi tərəfindən təşkil olunmuş festival “2008-2012-ci illərdə Azərbaycan Respublikasının Təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində keçirilmişdir. Adı çəkilən festivalda Bestcomp Group şirkəti də aktiv iştirak etmişdir.

Dünya əyləncə industriyasının məşhur nümunəsi HP Pavilion noutbuku artıq Azərbaycanda

İş və multimedia əyləncələri üçün ideal alət olan və şəxsi əyləncə mərkəzi hesab edilən güclü və çoxfunksional HP Pavilion artıq Azərbaycandadır!

Bestcomp Group-un elektron hökumət layihələri: nailiyyətlər və problemlər

 Bestcomp şirkəti 26-28 aprel 2010-cu il tarixində Azərbaycan Texniki Universitetində "Elektron hökumət Azərbaycanda: nailiyyətlər və perspektivlər" mövzusunda keçirilmiş beynəlxalq konfransda iştirak etmişdir. Şirkəti konfransda baş müdür R. Həsənov, S. Həbibullayev və X. İbadullayev təmsil etmişdirlər.

Winsure.Net - Tam Sığorta İdarəetmə İnformasiya Sistemi

 Bestcomp Group və SFS şirkətləri tərəfindən 22 Dekabr tarixində Hyatt Regency mehmanxanasında Azərbaycan sığorta sektoru üçün hazırlanan Winsure.Net tam sığorta idarəetmə informasiya sisteminin təqdimatı keçirildi. Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin rəhbərlərinin iştirakı ilə keçirilən tədbirdə Maliyyə Nazirlyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəhbəri Namiq Xəlilov, Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Qafar Məcidov, Standard Insurance şirkətinin idarə heyəti sədrinin 1-ci müavini Aydın Rəhmanov, SFS şirkətinin direktorlar şurasının sədri Ercan Turfan, Bestcomp Group şirkətinin baş müdiri Rauf Həsənov çıxış etdilər.

BESTCOMP Group ITU World Telecom 2009 sərgisində

 Bestcomp Group firması 5 oktyabr 2009-cu il tarixində Cenevrədə başlayan ITU World Telecom 2009 beynəlxalq sərgisində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) rəsmi nümayəndə heyəti ilə birgə iştirak edir. Sərgidə Bestcomp Group tərəfindən "Elektron Azərbaycan" dövlət proqramı çərçivəsində həyata keçirilən "Elektron Sağlamlıq Kartı", "Vahid Miqrasiya Məlumat Sistemi" (VMMS), "Xalq Kompyuteri", elektron muzey layihələri və bProDoc - Elektron Sənəd Dövriyyəsi proqram təminatı məhsulunun təqdimatı keçirilir.

ITU World Telecom sərgisi Beynəlxalq Telekommunikasiya İttifaqının himayəsi altında keçirilir və İKT sahəsində milli nailiyyətlərin nümayiş etdirilməsi üçün son illərdə dünyada keçirilmiş ən mühüm tədbirlərdəndir. Sərgidə dünyanın müxtəlif ölkələri öz milli stendlərində İKT-nin inkişafını nümayiş etdirirlər.

Mikro Yazılımevi Bakutel 2007 Sərgisində

 BestComp Group-un Türkiyədən Solution Partneri Mikro Yazılımevi 13 cü Azərbaycan Beynəlxalq TELEKOMMUNİKASİYA VƏ İNFORMASİYA TEXNOLOGİYALARI Sərgisində iştirak edir.

BestComp Group Mikro Yazılım Evi nin Azərbaycanda və MDB də rəsmi distributor adını aldı

 Mikro Yazılım Evi, dörd ana qrup altında həllər təqdim edir. Bunlar: my e-RP Təşkilati Resurs Planlaması, Mikro ERP İdarəetmə Məlumat Sistemləri, Standart Seriya Ticari və Mühasibat Paket Proqramları, Series POS Pərakəndə Avtomatlaşdırma Sistemləri

1 2 3 4 5 6 7 8