Xəbərlər

Bestcomp Group “ITU Telecom World – 2015” Beynəlxalq sərgisində

12-15 oktyabr 2015-ci il tarixləri arasında Macarıstanın Budapeşt şəhərində “ITU Telecom World – 2015” beynəlxalq sərgisi keçirilmişdir. Azərbaycanın İKT nümayəndə heyətinin tərkibində bu beynəlxalq tədbirdə təmsil olunan “Bestcomp Group” sərgidə təşkil edilmiş milli pavilyonumuzda özünün ən son nailiyyətlərini – müxtəlif məhsul və xidmətlərini dünya ictimaiyyətinə təqdim etmişdir.

Bestcomp Group “Cebit 2015” sərgisində iştirak edir

Bu günlərdə Almaniyanın Hannover şəhərində “CeBİT-2015” beynəlxalq telekommunikasiya sərgisi keçirilmişdir.

Martın 16-dan öz işinə başlayan sərgi ayın 20-ə kimi davam edib. Sərgidə Azərbaycan milli pavilyonu çərçivəsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və İKT sahəsində fəaliyyət göstərən 15 şirkət, o cümlədən Bestcomp Group iştirak etmişdir.

“Xalq Kompüteri” layihəsi çərçivəsində satılan kompüterlərin sayı 25 000-ni keçmişdir

Ötən həftə Azərbaycanda həyata keçirilən “Xalq Kompüteri” layihəsi çərçivəsində satılan kompüterlərin sayı 25 000-ni keçmişdir.

 

Xatırladaq ki, “Xalq Kompüteri” layihəsi HP və Microsoft şirkətləri ilə birgə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Təhsil Nazirliyi tərəfindən 2009-cu ilin aprel ayından həyata keçirilməyə başlanmışdır, layihənin operatoru BestComp Group şirkətidir. 

Azərbaycanda Acer şirkətinin dəstəyi ilə «Şagird kompüteri» layihəsi həyata keçirilir.

Dünyanın lider korporasiyalarından biri olan Acer Group, illik dövrüyyəsi 12,5 milyard ABŞ dolları təşkil etməklə, MDB bazarında İKT sahəsində mövqelərini möhkəmləndirməkdə davam edir. Bu gün  Acer Group şirkətinə dörd brend – xüsusilə, Acer, eləcə də,  Packard Bell, Gateway və eMachines məxsusdur. Acer kompüterləri və noutbukları müxətəlif istifadəçilər üçün nəzərdə tutulur və korporasiyanın  portfoliosunda geniş kütlələr üçün münasib modellər olduğu kimi mükafata layiq qurğular da mövcuddur. Gözəl keyfiyyəti ilə fərqlənən noutbuklar bazarda layiqli populyarlıq qazanmışdır.

Bestcomp Group “ITU Telecom World – 2014” beynəlxalq sərgisində

7-10 dekabr 2014-cü il tarixləri arasında Qətərin Doha şəhərində “ITU Telecom World – 2014” ümumdünya telekommunikasiya sərgisi keçirilmişdir. Tədbirdə Azərbaycanı rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun başçılıq etdiyi nümayəndə heyəti təmsil etmişdir.

Bestcomp Group şirkəti "Bakutel-2014" sərgisində

Bestcomp Group şirkəti "Bakutel-2014" sərgisində iştirak edərək sistemlər inteqrasiyası sahəsində əldə etdiyi son nailiyyətləri təqdim etdi. Şirkətin bu ilki sərgidə təqdimatının mövzusu HP və F5 şirkətlərinin informasiya təhlükəsizliyi sistemləri və HP Autonomy oldu.

“CeBIT Bilişim Avrasiya 2014”

İstanbulda “CeBIT Bilişim Avrasiya 2014” beynəlxalq informasiya texnologiyaları sərgisi keçirilib.  Dünyanın ən iri informasiya texnologiyaları sərgilərindən biri hesab olunan CeBIT ənənəvi olaraq hər il keçirilir. Məhz bu tədbirdə il ərzində İnformasiya Texnologiyaları sahəsində ən son yeniliklər nümayiş etdirilir. 

Bestcomp Group «Связь-Экспокомм-2014» sərgisində İT həllərini nümayiş etdirmişdir

Mayın 13-dən 16-dək Rusiyanın paytaxtı Moskva şəhərində telekommunikasiya avadanlığı, nəzarət sistemləri, informasiya texnologiyaları və rabitə xidmətləri üzrə  26-cı beynəlxalq “Svyaz-Ekspokomm 2014” sərgisi keçirilmişdir.

Bestcomp Group – “İlin distribütoru” adına layiq görüldü

Bestcomp Group şirkəti dünyanın aparıcı şirkətlərindən biri,  APC by Schneider Electric şirkəti tərəfindən göstərdiyi xidmət, əldə etdiyi nailiyyətlərinə və 2013-cü ilin yekunlarına görə “İlin distribütoru”adına layiq görüldü.

BestComp Group DELL şirkətinin Azərbaycanda rəsmi distibütor statusunu aldı

Azərbaycanın və Cənubi Qafqazın  İKT sahəsində liderlik mövqeyini daim yeniliklərlə qoruyub saxlayan Bestcomp Group  fəaliyyət sahəsini daim genişləndirməkdədir.

Bestcomp Group “İslam Dünyasının Gənc klassik musiqi ifaçılarının III Beynəlxalq müsabiqəsi”nə sponsorluq etdi

Aprelin 23-dən 26-dək ISESCO-nun, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Bakı Musiqi Akademiyasının iştirakı və Kainat Gənclər Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən "İslam Dünyasının Gənc klassik musiqi ifaçılarının 3-cü Beynəlxalq müsabiqəsi"ndə Bülbül adına orta ixtisas musiqi məktəbinin X sinif şagirdi Zərifə Alxazova violin ixtisası üzrə Gran-Pri mükafatına layiq görülüb.

BestComp Group Türkiyənin Mirsan Rack şirkətinin Azərbaycanda rəsmi distibütor adını aldı

Bestcomp Group   beynəlxalq tərəfdaşlarının siyahısına daha bir tərəfdaş əlavə etmişdir. 2014-cü ildən etibarən şirkət Türkiyənin Mirsan  Rack  korporasiyasının  Azərbaycan üzrə distribütorluq statusunu qazanmışdır.

“İlin sistem inteqratoru” mükafatı

Bestcomp Group şirkəti dünyanın aparıcı şirkətlərindən biri,  səs - rabitə həlləri, videokonfrans sistemi istahsalçısı olan Polycom şirkəti tərəfindən göstərdiyi xidmət və əldə etdiyi nailiyyəylərinə görə “İlin sistem inteqrator”u mükafatına layiq görülmüşdür.

Bestcomp Group Hannoverdə keçirilmiş “CeBİT - 2014" sərgisində iştirak etmişdir

Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasovun başçılığı ilə dövlət və özəl sektorun təmsilçilərindən ibarət Azərbaycan nümayəndə heyəti, o cümlədən Bestcomp Group şirkəti, martın  10-dan - 14-dək Almaniyanın  Hannover şəhərində keçirilmiş "CeBİT - 2014" - Beynəlxalq İnformasiya Texnologiyaları sərgi və konfransında iştirak etmişdir.

BestComp Group - Aastra şirkətinin "Avtorizə olunmuş Reseller" sertifikatına layiq görülüb

13 fevral 2013-cü il tarixində Aastra şirkəti öz partnyorları ilə görüş keçirmişdir.  Tədbirdə Aastra şirkətinin 40-dan çox avtorizə olunmuş partnyoru, şirkətin Rusiyada və MDB ölkələrindəki  resellerləri iştirak etmişdirlər. Sessiya zamanı Aastra şirkətinin 2012-ci il ərzində qazandığı uğurlarından və 2013-2014-cü illər üçün nəzərdə tutulmuş planlarından bəhs olunmuşdur.

 

 

 

«Dr.Web-in böyük ürəyi» aksiyası

«Dr.Web-in böyük ürəyi» aksiyası: bütün istifadəçilərə – sevgilərlə!

Hər il qışın sonu və yazın başlanğıcı, 14 fevral, 23 fevral və 8 Mart bayramları ilə daha maraqlı keçir.
Bu bayramların ərəfəsində «Doktor Web - Mərkəzi Asiya» şirkəti «Dr.Web-in böyük ürəyi»  adlı aksiyasına start verir.
Aksiya 14 fevral-8 mart 2013 il tarixlərində qüvvədədir.


“Xalq Kompüteri” layihəsinin istifadəçilərinin sayı 20 min nəfəri keçdi

 

20 dekabrda JW Marriott Abşeron Bakı Mehmanxanasında “Xalq kompüteri” Layihəsinə həsr edilmiş mətbuat konfransı keçirildi.

Layihə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, HP şirkəti və Microsoft şirkəti ilə birgə həyata keçirilir. Layihənin operatoru BestComp Group şirkətidir.

 

Yasamal Rayon Məhkəməsinin yeni inzibati binasının açılışı olmuşdur

 

Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi “Ədliyyə sisteminin müasirləşdirilməsi” layihəsi çərçivəsində Yasamal Rayon Məhkəməsinin yeni binasında müasir informasiya-kommunikasiya qurğularının quraşdırılması “BestComp Group” şirkəti tərəfindən həyata keçirilmişdir

 

BakuTel-2012

 

6-9 noyabr tarixlərində “Bakı Ekspo” mərkəzində Xəzər və Qafqaz regionlarında telekommunikasiya və informasiya texnologiyalarına həsr olunmuş “BakuTel-2012” sərgisi keçirildi. Ümumdünya Sərgi Sənayesi Assosiasiyasının keyfiyyət nişanını daşıyan sərgi Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, həmçinin, Birləşmiş Millətlər Təşkilatı (BMT) və bir sıra beynəlxalq təşkilatların dəstəyi ilə keçirilir. 

 

1 2 3 4 5 6 7 8