Xəbərlər

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Bestcomp Group və RCNTEC şirkətlərinin birgə seminarı keçirildi.


 

30 iyun 2017-ci il tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə RCNTEC və Bestcomp Group şirkətlərinin flaqman məhsulları mövzusunda birgə seminarı keçirilmişdir. Seminarda nazirliklərin və digər dövlət müəssisələrinin nümayəndələri, yerli və xarici İT inteqratorların mütəxəssisləri iştirak ediblər.


RCNTEC mütəxəssisləri iştirakçılara RCNTEC həllərindən istifadə etməklə istənilən ölçüdə etibarlı İT infrastruktur yaratmağı, dövlət səviyyəsində informasiya təhlükəsizliyinin təmin edilməsi və eləcə də dövlət orqanları və podratçılar arasında müasir və effektiv ünsiyyət qurmaq yollarından danışdılar.


Tədbir nazir müavini cənab Elmir Vəlizadənin çıxışı ilə başladı. Elmir m. seminar iştirakçıları ilə şirkətlər və onların təqdim etdiyi məhsullar barədə müsbət fikirlərini bölüşdü və artıq RCNTEC məhsullarının nazirlikdə sınaqdan keçirilməsi barəsində danışdı. Nazir müavini Azərbaycanda yerinə yetirilən İT layihələrdə yalnız qabaqcıl şirkətlərin həllərindən istifadə edildiyini qeyd etdi və bu sahənin kompleksli şəkildə inkişafı üçün birgə səylər göstərilməsinin mühümlüyünü bir daha vurğuladı.
Daha sonra RCNTEC şirkətinin mütəxəssisləri məhsul və həlləri barədə daha ətraflı məlumat vermiş və prezentasiyalar etmişlər.

Tədbiri şirkətin direktoru Denis Neştun "Biz BestComp Group şirkəti ilə birgə Azərbaycan bazarının inkişafı üçün fəal iş görmək niyyətindəyik və dovlət qurumlarının, eyni zamanda özəl müəssisələrin biznesinin artırılması üçün ən müasir və aktual həlləri təklif etməyə hazırıq" sözləri ilə yekunlaşdırdı.