Xəbərlər

Bestcomp Group Almaniyanın MONACOR INTERNATIONAL şirkətinin Azərbaycanda rəsmi distibütor adını aldı


Bestcomp Group beynəlxalq tərəfdaşlarının siyahısına daha bir tərəfdaş əlavə etmişdir. 2016-cı ilin aprel ayından etibarən Almaniyanın MONACOR INTERNATİONAL şirkətinin Azərbaycan üzrə distribütorluq statusunu əldə etmişdir.


MONACOR INTERNATIONAL GmbH özünün üç ticarət markası altında aşağıdakı peşəkar avadanlığnın geniş çeşidini təklif edir: İctimai çıxışlar üçün yayım avadanlığı, təhlükəsizlik sistemləri, diskotekalar üçün avadanlıq (səhnə, disk-jokeylər, səs), konsertlər üçün IMG Stage Line avadanlığı (səhnə, işıq), avtomobillər üçün HiFi sistemləri, elektron ölçü alətləri, enerji mənbələri, monitorinq, halogen və LED işıq, dekorativ işıq və müxtəlif aksessuarlar.


MONACOR-un ticarət markaları:


MONACOR:


İctimai çıxışlar üçün texnologiya və kommersiya və şəxsi əmlakınızın peşəkar mühafizəsi üçün təhlükəsizlik texnologiyası - onillər ərzində xoş təəssurat bağışlayan müasir avadanlıq. www.monacor-international.com


IMG STAGELINE:


25 illik etibarlı səhnə və tədbir texnologiyaları: IMG STAGELINE dünya üzrə stasionar quraşdırmalar və mobil tətbiqlər üçün ideal uyğunlaşdırılmış həllər təmin edir. www.imgstageline.com


JTS:


Yüksək keyfiyyətli simsiz və mikrofon texnologiyaları. Məhsul çeşidi özünə simli səhnə mikrofonlarını, alətlər üçün mükəmməl mikrofonları, peşəkar və simsiz həlləri daxil edir. www.jts-europe.com