Xəbərlər

“Xalq Kompüteri” layihəsi çərçivəsində satılan kompüterlərin sayı 25 000-ni keçmişdir


Ötən həftə Azərbaycanda həyata keçirilən “Xalq Kompüteri” layihəsi çərçivəsində satılan kompüterlərin sayı 25 000-ni keçmişdir.

Xatırladaq ki, “Xalq Kompüteri” layihəsi HP və Microsoft şirkətləri ilə birgə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Təhsil Nazirliyi tərəfindən 2009-cu ilin aprel ayından həyata keçirilməyə başlanmışdır, layihənin operatoru BestComp Group şirkətidir. 

Layihənin operatoru olaraq, layihə çərçivəsində əldə etdiyimiz uğurlarla kifayətlənməyərək, bu gün də onu daha da təkmilləşdirərək, layihəyə müasir dövrün tələblərinə cavab verən, yeni noutbuk və personal kompüter modelləri daxil etmişik.  

Bu gün tədris prosesinin böyük hissəsinin şagirdin və digər istənilən sahədə çalışan mütəxəssislərin İT savadının artırılması ətrafında qurulduğunu, tələbə və ya məktəbli üçün noutbukun məruzəyə aparmaq, tədris materialını çap etmək və ya təqdimat üçün internetdən lazımi faylları yükləmək üçün zəruri olduğunu nəzərə almaq lazımdır.  İndi münasib modelin seçimi çətinlik yaratmır, belə ki,  «Xalq kompüteri» layihəsinin çərçivələri daxilində müasir noutbukların çoxsaylı modelləri təqdim olunmuş, bu modellər də,  lisenziyalı  Microsoft şirkətindən  Windows 8.1 Pro proqramı,  Microsoft Office 2013 Pro ofis proqramı, eləcə də,   DR.WEB antivirus proqramı ilə təchiz olunmuşdur. Bu noutbuklar çox sərfəli şərtlərlə, kreditlə təklif olunur.

 

Sözsüz olaraq bu layihə orta və ali məktəb müəllimlərinin, məktəblilərin, tələbələrin müasir kompüterlər ilə təchizatına öz dəyərli töhfəsini vermişdir.