Layihələr

Bestcomp Group Azərbaycanda ilk mobil operatoru Bakcell üçün yeni rahat alət təqdim etmişdir


Bestcomp Group şirkəti Azərbaycanda telekommunikasiya texnologiyalarının inkişafında fəal iştirak edir.

Ölkəmizə gətirə bildiyimiz ən parlaq və maraqlı layihələrdən birininin rahatlığını Bakcell şirkətinin 2 milyondan artıq abunəçiləri ilə yanaşı Azərbaycanın rəqəmsal həyatını fəal izləyənlər də hiss edə biləcəklər!

 

Yeni tərəfdaş razılıaşmalarının nəticəsi olaraq Bestcomp Group şirkəti rabitə operatorları üçün həllər sahəsində ilk və ən böyük oyunçulardan biri olan Sandvine şirkətinin rəsmi tərəfdaşı olmuşdur. Tərəfdaşımız bu barədə öz səhifəsi ilə yanaşı Yahoo! şirkətinə məxsus "Yahoo! Finance" üçün mətbuat bəyanatında məlumat verir. comScore məlumatına əsasən 2010-cu ildə 23 milyon ziyarətçisi olan "Yahoo! Finance" ABŞ-da maliyyə məlumatının əsas təminatçılarından biridir.
Bu onu göstərir ki, bizim layihələrə və həmçinin Betcomp Group şirkətinin özünə olan beynəlxalq maraq artmağa davam edir.

 

Lakin şirkətimiz Azərbaycana yalnız hazır həll gətirməklə məhdudlaşmır. Biz həmçinin sifarişçimiz Bakcell üçün yeni və özünəməxsus məhsulun yaradılmasında iştirak etmişik. Nəşr olunmuş mətbuat bəyanatlarının birində mütəxəssislərimiz tərəfindən tərtib edilmiş məhsul təfərrüatla təsvir edilir:

 

"MyBakcellim alətlər paneli Bakcell abunəçilərinə asan və şəffaf şəkildə şirkətin xidmətlərindən istifadə etməyə və həmçinin hesabdakı dəqiqələrin və vəsaitlərin istifadəsinə daha təfərrüatlı nəzarət etməyə imkan verən rahat xidmətdir."

 

2015-ci ildən başlayaraq, biz dünya təcrübəsinin ən müasir həllərinin tətbiqində Azərbaycanda ilk mobil operator olan Bakcell şirkəti ilə fəal əməkdaşlıq edirik. Bizim həllər mobil internet istifadəçilərinə ən çevik paketlər əldə etməyə və öz hesablarını idarə etmək üçün ən rahat alətlərdən istifadə etməyə imkan verəcək.

 

Mətbuat bəyanatında deyilir: "Bakcell abunəçiləri həmçinin tarif haqqında təfərrüatlı məlumat daxil olmaqla istifadə edilən tarif planının adını, bonus dəqiqələrini, SMS, data paketlər və qalığın göstərilməsi ilə aktiv paketlər barədə məlumatı görə biləcəklər. Bununla yanaşı, alətlər paneli abunəçilərə tarif planını və nömrələrinin balansını dəyişməyə imkan verəcək. MyBakcellim alətlər panelinin çoxfunksiyalı menyusunun köməyi ilə onlar "Paketlər" tab-vərəqindən istifadə edərək istənilən paketə abunə ola biləcəklər." (Bax www.Infocity.az).

 

Lakin bunlar bütün məhsulun yalnız istifadəçilərə görünən hissəsidir. Bununla yanaşı operatora çox qısa müddətdə istifadəçilər üçün nadir məhsullar və paketlər yaratmağa, göstərilən internet xidmətlərin keyfiyyətinə nəzarət etməyə və təkmilləşdirməyə, hədəf internet auditoriyanın seçimi imkanı ilə marketinq kampaniyalarını keçirməyə imkan vərən rahat alət tətbiq edilmişdir.