Məhsullar

bProMed – e-Səhiyyə Sistemi


Təsviri:


Onun qlobal məqsədi - səhiyyə sahəsində tibbi informasiya axınlarının səmərəli idarə olunmasıdır. Bu məqsədə çatmaq üçün sistemdə əsas minimum informasiya vahidi kimi pasiyentin elektron tibbi sağlamlıq kartının əsasını təşkil edən elektron sənəd qəbul olunmuşdur.

Elektron sağlamlıq kartı, pasiyent tibb müəssəsinə ilk dəfə müraciət edərkən onun qeydiyyata alınması zamanı yaradılır. Hər bir pasiyent üçün yalnız bir dəfə yaradılır. Pasiyentin tibbi müəssisəyə hər bir müraciət etməsi zamanı elektron sağlamlıq kartına məlumatlar əlavə olunur. Pasiyent stasionarda müalicə aldıqda elektron xəstəlik tarixi yaradılır. Müalicə poliklinikada alındığı halda - pasiyentin ambulator kartı yaradılır. Məlumatlar əlavə edildikdən sonra elektron xəstəlik tarixində formalaşmış sənədlərə əlavələr və dəyişikliklər etmək qeyri mümkündür.


Elektron sağlamlıq kartına daxildir:

 

• Elektron tibbi qeydlər - həkim baxışı, mütəxəssislərin verdiyi konsultasiyaların nəticələri, tibb bacılarının qeydləri, analizlərin nəticələri, müayinələrin nəticələri və s.;

• Laborator və instrumental tədqiqatların nəticələri;

• Təyinatlar - müalicə zamanı xəstəyə təyin edilmiş bütün müayinə növləri (laborator müayinələr, diaqnostik manipulyasiyalar, medikamentlər, o cümlədən imtiyazlı reseptlər, mütəxəssis məsləhəti və s.);


Elektron sağlamlıq kartının istifadəsinin üstünlükləri aşağıdakılardır:

 

• Sistem istifadəçilərinə xəstə haqqında məlumatı rahat və sürətli şəkildə daxil etmək imkanı;

• Tibb müəssisəsində qəbul edilmiş istifadəçilərin tibbi məlumatları əldə etmək hüquqlarını nəzərə almaqla onların elektron sağlamlıq kartına müraciət etməsinin təhlükəsizliyinin təmin olunması;

• Xəstənin elektron sağlamlıq kartını gözdən keçirmək və tibbi sənədlərin böyük həcmindən lazım olan məlumatı tez tapmaq imkanı;

• Elektron sağlamlıq kartının əsasında müxtəlif sənədlərin - çıxarışların, arayışların, epikrizlərin formalaşdırılması, onların çapa verilməsi və surətlərinin saxlanması imkanlarının təqdim edilməsi;

• Xəstəyə aid tibbi məlumatları - diaqnozları, müayinə vərəqlərini əyani şəkildə gözdən keçirmək, müxtəlif növ qrafikləri çəkmək imkanı və s.;

• Hər bir həkim ixtisası üzrə protokolların rahat sazlanması imkanı;

• Elektron sağlamlıq kartına müxtəlif cür sənədləri əlavə etmək imkanı;

• Hər bir kompyuterdə gözdən keçirilməsi mümkün olan formatda elektron sağlamlıq kartını müxtəlif daşıyıcılarda pasiyentə vermək imkanı;

• Tibbi personal tərəfindən məlumatların dərhal əldə edilməsi imkanı və yazıların daha dəqiq formallaşdırılması elektron sağlamlıq kartının üstün cəhətlərindəndir.


bProMed proqram sistemi iki sistemdən ibarətdir:


1.Elektron sağlamlıq sistemi


2.Tibbi müayinələr sistemi


Birinci sistem, uşaqlara xidmət göstərən tibb müəssisələrində informasiya axınlarının idarə edilməsi üçün nəzərdə tutulub. Bu sistemə, doğum evləri, uşaq poliklinikaları və xəstəxanaları daxildir.

İkinci sistem təhsil, sağlamlıq və qida sənayesində işləyənlər üçün nəzərdə tutulmuşdur. Bu kateqoriyalara aid işçilərin dövri tibbi müayinədən keçirilməsi tələb olunur. Buraya, sanitariya-epidemioloji mərkəzləri və tibb müayinə kabinetləri daxildir.

 


Sistemin funksiyaları:


bProMed proqramının funksionallığı onun sistem komponentlərinin funksiyalarından irəli gəlir:

 

• Elektron sağlamlıq sistemi
• Doğum evləri modulu
• Poliklinikalar modulu
• Xəstəxanalar modulu
• Tibbi müayinələr sistemi
• Sanitariya-epidemioloji mərkəzlər modulu
• Tibbi müayinələr kabinetləri modulu
• İdarətemənin informasiya mərkəzi
• Elektron sağlamlıq kartının personallaşdırma mərkəzi
• Sağlamlıq informasiya portalı
• Verilənlərin ötürülməsi modulu
• Avtomatik yenilənmə modulu

 


bProMed proqramında mərkəzi yeri Məlumat İnformasiya Mərkəzi tutur, hansı ki, aşağıdakı funksiyaları yerinə yetirir:


• Müəssisələrin, istifadəçilərin, onların vəzifə və hüquqlarının təyini;

• Tibb müəssisələrində informasiya sistemlərinin idarə edilməsinin təmin olunması;

• Sistemlərin monitorinqi;

• Proqram təminatının servislərlə təmin olunması;

• Verilənlərin ötürülməsi servislərinin təmin olunması;

• Operativ hesabatlarla təmin edilməsi;

• Sağlamlığın qorunması sferasında göstərilən xidmətlərə nəzarət.

 


Elektron Sağlamlıq Sistemi çərçivəsində aşağıdakı məlumatların Məlumat İnformasiya Mərkəzinə ötürülməsi təmin olunur:


• Doğum evlərindən yenidoğulmuşlar haqqında;
• Uşaq poliklinikalarında qeydiyyata alınan uşaqlar haqqında;
• Uşaq xəstəxanalarında müalicə alanlar haqqında;
• Elektron sağlamlıq kartının sifariş olunması gərəkli olan uşaqlar haqqında;
• Talassemiya və Hemofiliya mərkəzlərində qeydiyyat haqqında.

 

Elektron Sağlamlıq Sistemi çərçivəsində aşağıdakı məlumatların Məlumat İnformasiya Mərkəzindən ötürülməsi təmin olunur:


• Uşaqların qeydiyyatda olduğu uşaq poliklinikalarına - onların tibb müəssisələrində müalicə olunması haqqında;
• Uşaq xəstəxanalarına - uşaqların tibb müəssisələrində müalicə alması və qəbul etdikləri dərman preparatları haqqında;
• Kartın personalizasiya mərkəzinə - elektron sağlamlıq kartı sifariş edilən vətəndaşlar və kartın çapı zamanı lazım olan məlumatlar haqqında.

 


Tibbi Müayinə Sistemi çərçivəsində aşağıdakı məlumatların Məlumat İnformasiya Mərkəzindən ötürülməsi təmin olunur:


• Gigiyena və epidemioloji mərkəzlərində məcburi surətdə müayinədən keçməli şəxslər haqqında;
• Elektron sağlamlıq kartları sanitariya-epidemioloji mərkəzlərindən sifariş edilməsi gərəkli olan şəxslər haqqında;
• Tibbi müayinə kabinetlərində məcburi surətdə yoxlamadan keçmiş şəxslərin müayinəsi üzrə nəticələr.


Tibbi Müayinə Sistemi daxilində Məlumat İnformasiya Mərkəzindən aşağıdakı məlumatların ötürülməsi təmin olunur:


• Tibbi müayinə kabinetlərinə yoxlanması məcburi olan şəxslər haqqında;
• Gigiyena və epidemioloji mərkəzlərə tibbi müayinələrin nəticələri haqqında.

 


Məlumatların ötürülməsi funksiyasını proqram sisteminin verilənlərin ötürülməsi modulu yerinə yetirir. Səhiyyə Nazirliyi və 825 tibb müəssisələri arasındakı verilənlərin təhlükəsiz mübadiləsi bProMed sisteminin mübadiləyə məsul olan alt modullarının işləməsinin təmin edilməsi nəticəsində mümkün olur.

 


E-Sağlamlıq İnformasiya Portalı sistemdə toplanmış informasiyanın təhlükəsiz əldə olunmasını təmin edir:


• Xəstələr haqqında məlumatlar;
• Diaqnozlar barədə məlumatlar;
• Müalicə haqqında məlumatlar;
• Xəstələrə təyin olunmuş dərmanlar (reseptlər) haqqında məlumatlar;
• Vaksinasiyalar haqqında məlumatlar.

 

Məlumatların bu cür əldə edilməsi bProMed proqram sisteminə məxsus başqa bir baza funksiyanın - verilənlərin mərkəzləşdirilmiş saxlanılması fuknsiyasının yerinə yetirilməsi nəticəsində mümkün olur.

Sistemin avtomatik yenilənməsi modulunun funksiyasına sistem tərkibindəki proqram təminatının avtomatik yenilənməsi və həmçinin verilənlər bazalarının aktuallaşdırılmış vəziyyətdə saxlanması daxildir.

Elektron sağlamlıq kartının personalizasiya mərkəzinin funksiylarına ölkənin hər bir vətəndaşı üçün kartın çap olunması daxildir.

 


Həllin imkanları və üstünlükləri:


• Tibb müəssisələri və nazirlik arasında verilənlərin elektron ötürülməsi;

• Verilənlərin itirilməsi riskinin olmaması;

• Gerçək statistik hesabatların elektron formatda vaxtı vaxtında hazırlanması;

• Tibbi müəssəsisələrdə xəstələrin müayinəsi, diaqnozlar və vaksiyasiyalar üzərində asan və rahat nəzarət;

• Gigiyena və epidemioloji mərkəzlərə asan və rahat nəzarət;

• Tibb müəssisələrin informasiya işlərində standart əməliyyatların yerinə yetirilməsi;

• Xəstəxanalarda və təcili yardım stansiyalarında elektron sağlamlıq kartlarının istifadəsi;

• Ambulator kartın və xəstəlik tarixinin sürətli doldurulması;

• Müxtəlif növdə məlumatın daxil edilməsi;

• Verilənlərin strukturunun və daxiletmə interfeysinin elastik sazlanması;

• Pasiyent haqqında məlumatın rahat və sürətli axtarışı;

• Xəstəliklər və dərmanlar üzrə sorğu kitabçalarının istifadəsi;

• Çapa vermək üçün sənədlərin formalaşdırılması.

 

Sistemin tətbiq edilməsi:

 

bProMed proqram sistemi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində tətbiq olunmuşdur.


«Bestcomp Group» şirkətinin üstünlükləri:


Mütəxəssislərimiz təcrübəli və müvafiq sertifikatlara malikdir. Şirkət illər boyu təcrübəsinə əsaslanmış və dünyanın proqram təminatı üzrə aparıcı şirkətlərinin texnologiyaları əsasında layihər həyata keçirmişdir.

Bestcomp Group şirkətinin keyfiyyət sistemi ISO 9001-2008 üzrə sertifikatlaşdırılmışdır. Bu, daxili biznes-proseslərin keyfiyyətini, bununla da sifarişçilər üçün layihələrinin işlənməsinin yüksək keyfiyyətini təmin edir.