Məhsullar

bProDgr - Azərbaycan Respublikası ərazisində Təhlükə Potensiallı Obyektlərin Dövlət Reyestri


Təsviri: 

 

"bProDgr" - Azərbaycan Respublikası ərazisində Təhlükə Potensiallı Obyektlərin Dövlət Reyestri proqram təminatı “Bestcomp Group” şirkəti tərəfindən işlənib hazırlanmışdır. Sistem, Azərbaycan Respublikasının qanunvericiliyi ilə təsdiq olunmuş standartlara uyğun işləyir. Sistem ölkədə  təhlükə potensiallı obyektlər barədə informasiyanın toplandığı dövlət informasiya resursudur.

 

Proqram sisteminin əsas təyinatı:

 

Ölkə ərazisində təhlükə potensiallı obyektlərin reyestrinin aparılması;

  • Təhlükə potensiallı obyektlər barədə informasiyanın vahid verilənlər bazasında saxlanması;
  • Sorğu edildiyi halda təhlükə potensiallı obyektlər barədə lazımi informasiyanın təqdim edilməsi;

Sistemin funksiyaları:

 

"Azərbaycan Respublikası ərazisində təhlükə potensiallı obyektlərin dövlət reyestri” proqram təminatının funksionallığı onun sistem komponentlərinin funksiyalarından təşkil olunur:

 

  • İnzibatçı modulu;
  • Qeydiyyat modulu;
  • Sənədlər modulu;
  • Axtarış modulu;
  • Hesabatlar modulu;
  • Hüquqi/Fiziki şəxslərin qeydiyyatı modulu;
  • Təhlükə potensiallı obyektlər modulu;
  • Qurğu və avadanlıqlar modulu;
  • Sənədlər modulu;

İnzibatçı modulu aşağıdakı əsas funksiyaları yerinə yetirir:

  • İstifadəçilərin müəyyən edilməsi;
  • Sistem istifadəçilərinin hüquqlarının təyin edilməsi;
  • İstifadəçilərin sistemə girişinin idarə edilməsi;
  • İstifadəçinin sistemdə işinin idarə edilməsi;
  • Sistem istifadəçiləri üçün menyunun təyin edilməsi;

Qeydiyyat modulunun əsas təyinatı:

  • Təhlükə potensiallı obyektlərin qeydiyyata alınması;
  • Qeydiyyatdanm keçmiş sənədlərin yoxlanması;
  • Digər sənədlərin emalı;
  • İnformasiyanın strukturlaşdırılmış şəkildə saxlanması;
  • Sənədlərin arxivləşdirilməsi;

Sənədlər modulunun əsas təyinatı:

  • Təhlükə potensiallı avadanlıqlarla bağlı sənədlərin qeydiyyatı;
  • Müvafiq sənədlər arasında avtomatik şəkildə əlaqələrin qurulması;
  • Bütövlükdə sənədlər bazası üzrə axtarışın aparılması;
  • Bir-biri ilə əlaqəli sənəd qruplarının nəzərdən keçirilməsi;
  • Hər bir sənəd növünün şablonlar əsasında çapı;
  • Sənədlərin uçotunun aparılması.

Axtarış modulunun əsas təyinatı:

  • Axtarışın tam və seçmə üsulu ilə aparılması;

Hesabatlar modulunun əsas təyinatına daxildir:

  • İxtiyari analitik hesabatların yaradılması;
  • Hesabatların çapı;
  • Hesabatların MS Excel, MS Word və PDF formatlarında təqdim edilməsi;

“Azərbaycan Respublikası ərazisində təhlükə potensiallı obyektlərin dövlət reyestri”  proqram sisteminin baza funksiyaları – sənədlərin saxlanılması və axtarışıdır:

  • Verilənlərin mərkəzləşdirilmiş şəkildə saxlanması;
  • Reyestrdə saxlanılan bütün informasiyalar üzrə xüsusi axtarış pəncərəsindən
  • Universal axtarış;
  • Rekvizitlərə görə axtarış;
  • Sənədlərin başqa atributlar üzrə tam axtarış;

Sənədlərlə iş aparılan zaman sistem daxili və xarici informasiya mübadiləsini və dövlət reyestrində saxlanılan sənədlərin informasiya təhlükəsizliyini təmin edir:

  • Sistem istifadəçilərinin autentifikasiyası;
  • Sistem istifadəçiləri üçün giriş hüquqlarının paylaşdırılması;
  • Sənədlərlə iş üzrə tarixin və statistikanın aparılması; 

Həllin imkanları və üstünlükləri:

  • Sistemin tətbiq edilməsi və istifadə edilməsi ilə bağlı məsrəflərin aşağı olması.
  • Sifarişçinin biznes proseslərinə uyğun dəqiq uyğunlaşma;
  • Mütəmadi işçi proseslərinin avtomatlaşdırılması;
  • Sənədlərlə işin səmərəlilinin əhəmiyyətli dərəcədə artırılması;
  • Sənədlərin emalı üzrə məsrəflərin azaldılması;
  • Əməkdaşların işində və idarəetmədə səmərəliliyin artırılması;
  • İnformasiya resursları üzrə naviqasiyanın rahat olması üçün verilənlərin nizamlanması, soraq kitabçalarının və kataloqların formalaşdırılması;
  • Resursların vahid təsnifatının daxil etmək imkanı;
  • Daxili informasiya mübadiləsinin sürətləndirilməsi;
  • Avtorizasiya sistemləri və portal resurslarına paylaşdırılmış giriş hesabına informasiyanın effektiv mühafizə olunması;
  • Lazımi informasiyanın axtarışının sürətləndirilməsi – mümkün olan bütün mənbələr və resurslar, açar sözləri və s. üzrə axtarış aparmaq üçün effektiv axtarış mexanizmlərinin təqdim edilməsi;
  • Əməkdaşın giriş hüquqlarını nəzərə almaqla tapılmış informasiyanın ona təqdim edilməsi;
  • Hədəf auditoriyalarına lazımi informasiyanın təhlükəsiz çatdırılması üzrə geniş imkanlar;

 

İstifadə olunan mərkəzləşdirilmiş verilənlər bazasının aşağıdakı prinsipin yerinə yetirilməsi nəticəsində üstünlüyü: yaranmış yerdə informasiya verilənlər bazasına bircə dəfə daxil olunur və lazım gələn yerlərdə dəfələrlə istifadə olunur.

Vahid metodologiyanın dəstəklənməsi avtomatik surətdə yerinə yetirilir – işləyib hazırlama və idarəetmə proseslərinin bir yerdə cəmləndiyinə görə verilənlər bazasının müşaiəti mərkəzdə yerləşdirilmişdir və bu cür sistemlərin qururlmasında ən sadə və qənaətli variantdır.

 

Sistemin tətbiq edilməsi:

 

Sistem Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində tətbiq edilib.  

 

«Bestcomp Group» şirkətinin üstünlükləri:

 

Mütəxəssislərimiz təcrübəli və müvafiq sertifikatlara malikdir. Şirkət illər boyu təcrübəsinə əsaslanmış və dünyanın proqram təminatı üzrə aparıcı şirkətlərinin texnologiyaları əsasında layihər həyata keçirmişdir.

Bestcomp Group şirkətinin keyfiyyət sistemi ISO 9001-2008 üzrə sertifikatlaşdırılmışdır. Bu, daxili biznes-proseslərin keyfiyyətini, bununla da sifarişçilər üçün layihələrinin işlənməsinin yüksək keyfiyyətini təmin edir.