Xəbərlər

Bakıda “Age of Security” informasiya təhlükəsizliyi forumu keçirilib


Bu gün Bakıda Bestcomp Group və Bakotech şirkətlərinin birgə səyləri nəticəsində "Age of Security" adlı informasiya təhlükəsizliyi forumu keçirilib.
İlk öncə qonaqları Bestcomp Group şirkətinin direktoru Murad Əsgərzadə salamlayaraq, forum iştirakçılarına informasiya təhlükəsizliyi sahəsində mövcud olan məhsullar və eyni zamanda Bestcomp Group şirkətinin bu sahədə təqdim etdiyi həllər barəsində məlumat verib.
Daha sonra Bakotech şirkətinin əməkdaşları "İnformasiya təhlükəsizliyi" mövzusu üzrə iştirakçılara təqdimatlar keçirib və ətraflı məlumatlar veriblər. Çıxış edənlər fərdi və korporativ cihazların mobil çıxışının təmin edilməsi kimi maraqlı məsələlərdən bəhs ediblər. Forumunun iştirakçıları demo stendlərdə Bakotech-in müxtəlif təhlükələrlə effektiv mübarizə aparmağa imkan verən yeni təhlükəsizlik modeli ilə tanış olublar.