Həllər

Miqrasiya

Azərbaycan Respublikasında aparılan uğurlu siyasi və iqtisadi islahatlar nəticəsində yaşayış səviyyəsinin yüksəlməsi və bütün sahələrdə müşahidə olunan sürətli inkişaf ölkəmizə gələn əcnəbilərin sayının ildən-ilə əhəmiyyətli dərəcədə artmasına səbəb olmaqla miqrasiya proseslərinin intensivləşməsini şərtləndirmişdir. Miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi məqsədi ilə əcnəbilərin ölkəyə gəlməsi və ölkədən getməsi, onların yaşayış yeri üzrə qeydiyyatı sahəsində göstərilən xidmətlərin təkmilləşdirilməsi üçün Dövlət Miqrasiya Xidməti (DMX) nəzdində Vahid Miqrasiya Məlumat elektron informasiya Sistemi (VMMS) yaradılmışdır. Dövlət Miqrasiya Xidməti (DMX) nəzdində fəaliyyət göstərən Vahid Miqrasiya Məlumat Sistemi (VMMS) vasitəsilə əcnəbi və vətəndaşlığı olmayan şəxsin ölkə ərazisinə daxil olduğu andan harada olması və nə işlə məşğul olması müşahidə olunur və ciddi nəzarətdə saxlanılır.

Səhiyyə

Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilən "Azərbaycan Elektron Səhiyyə Proqramı"nda iştirak edən BestComp Group şirkəti vətəndaşların elektron sağlamlıq kartlarının hazırlanmasını və 335 səhiyyə müəssisəsində - doğum evləri, uşaq poliklinikaları, xəstəxanaların pediatriya şöbələri, uşaq xəstəxanalarında müvafiq proqram təminatının tətbiqini həyata keçirib. Şirkətin təqdim etdiyi bu həll doğum evində anadan olan hər bir körpənin məlumatlarının müvafiq uşaq poliklinikasına avtomatik qaydada ötürülməsini təmin edir. Bu layihə respublikada həyata keçirilən e-hökümət proyektinin bir hissəsidir. Elektron sağlamlıq kartı körpələrin müayinə və müalicəsinin operativliyini təmin etməklə yanaşı, keyfiyyətcə yeni mərhələyə çıxmasına yardım göstərəcəkdir.