Pərakəndə satış


Şirkət müştərilərə kompüter və periferik avadanlıqların geniş çeşidini təklif edir. Dünyanın tanınmış markaların - HP, Acer, Dell, Microsoft, Kindermann, APC by Schneider Electric, Tripp Lite, Eaton, ARTronic, Karel,  Symantec, Dr.Web, İntegral, Canon və s. geniş çeşiddə məhsulları BestComp Group-un Bakının müxtəlif nöqtələrində fəaliyyət göstərən 7 müasir və geniş nümayiş zallarında satışı təşkil edilmişdir. Təcrübəli mütəxəssislər müştərilərə düzgün seçim üçün yardım göstərməyə hər zaman hazırdırlar.


BestComp Group satışdan sonrakı xidmətə böyük əhəmiyyət verir. Şirkət yüksək səriştəli mütəxəssislərinə arxalanaraq, sifarişçilərin istənilən problemlərinin qısa müddətdə və etibarlı həllinə zəmanət verir. Şirkətin nəzdində fəaliyyət göstərən avtorizə edilmiş Servis mərkəzlərində müştərilərə təminat müddətində və təminat müddətindən sonrakı dövrdə yüksək keyfiyyətli və etibarlı xidmət göstərilir.


Müştərilərin tələbatlarını operativ ödəmək məqsədilə daim şirkətin anbarlarında aparıcı şirkətlərin mallarının geniş çeşiddə olması təmin edilir. Həmçinin BestComp Group təcili sifarişlər daxil olduqda xarici tərəfdaşları ilə razılığına əsasən Gürcüstandakı və Dubaydakı anbarlardan istifadə imkanlarına malikdir.


 

Müştərilərin daim dəyişən tələbatlarının operativ və keyfiyyətlə təmin edilməsi şirkətin müştəri etimadını qazanmasını təmin edən əsas amildir.


 

Ünvan: Səməd Vurğun küç. 40
Tel:      (+99412) 498 1898

 

 

Ünvan: 28 may küç. 14
Tel:     (+99412) 493 0179; 498 0676

 

 

Ünvan: Atatürk pr. 30/78
Tel:     (+99412)436 3046; 436 2961

 

 

Ünvan: Füzuli küç. 53
Tel:     (+99412) 596 2295

 

 

BRAVO Hypermarket
Ünvan: Ramiz Quliyev küç.4
Tel:     (+99412) 404 2364


 

Ünvan: 28 may küç. 46
Tel:     (+99412) 493 3646