Xəbərlər

Bestcomp Group Cisco-nun “Premyer tərəfdaş” statusuna layiq görülmüşdür

Dünyanın aparıcı texnoloji şirkətləri ilə əməkdaşlıq edən BestComp Group Cisco- nun sertifikatlaşdırılmış "Premyer tərəfdaş" statusuna layiq görülmüşdür.

Bakıda “Age of Security” informasiya təhlükəsizliyi forumu keçirilib

Bu gün Bakıda Bestcomp Group və Bakotech şirkətlərinin birgə səyləri nəticəsində "Age of Security" adlı informasiya təhlükəsizliyi forumu keçirilib.

Bestcomp Group şirkəti Hewlett Packard Enterprise şirkətinin Platinum tərəfdaşı oldu

BestComp Group şirkəti Azərbaycanda ilk dəfə olaraq Hewlett Packard Enterprise-ın ən yüksək statuslarına - HPE Platinum Converged Infrastructure Specialist (Hewlett Packard Enterprise şirkətinin konvergent infrastrukturasının qurulması üzrə Platinum tərəfdaşı) və Platinum Networking Partner adlarına layiq görülüb.

Bestcomp Group firması Tayvanın EnGenius şirkətinin Azərbaycanda rəsmi distibütor adını aldı

Bestcomp Group firması Tayvanın aparıcı şirkətlərindən biri olan EnGenius şirkətinin Azərbaycanda rəsmi distribütoru statusunu alıb. EnGenius simsiz Wi-Fi avadanlığının və səs rabitəsi üçün radio avadanlığın tərtibatı və istehsalı sahəsində dünyada tanınmış ekspertdir. Şirkət ev və ofislər üçün Wi-Fi avadanlıq və provayderlər üçün peşəkar simsiz avadanlıq istehsal edir.

 

Bestcomp Group Almaniyanın MONACOR INTERNATIONAL şirkətinin Azərbaycanda rəsmi distibütor adını aldı

Bestcomp Group beynəlxalq tərəfdaşlarının siyahısına daha bir tərəfdaş əlavə etmişdir. 2016-cı ilin aprel ayından etibarən Almaniyanın MONACOR INTERNATİONAL şirkətinin Azərbaycan üzrə distribütorluq statusunu əldə etmişdir.

Bestcomp Group "TİBO-2016" Beynəlxalq İnformasiya-Kommunikasiya Sərgi-Forumunda təmsil olunub

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərliyi ilə dövlət, özəl və qeyri-hökumət təşkilatlarından ibarət 40-a yaxın Azərbaycan nümayəndə heyəti Belarus Respublikasının Minsk şəhərində cari ilin 19-22 aprel tarixlərində keçirilən "TİBO-2016" Beynəlxalq İnformasiya-Kommunikasiya Sərgi-Forumunda iştirak edib. "Bestcomp Group" şirkəti sərgidə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən yaradılan Azərbaycan milli pavilyonunda təmsil olunur. 

Bestcomp Group İslam dünyası gənc klassik musiqi ifaçılarının V Beynəlxalq müsabiqəsinə sponsorluq etdi

Bakı beşinci ildir ki, öz qapılarını qonaqpərvərcəsinə İslam dünyası gənc (20 yaşadək) klassik musiqi ifaçılarının Beynəlxalq müsabiqəsi iştirakçıları üçün açır.

Bestcomp Group “Bakutel 2015” sərgisində iştirak edib

Dekabrın 2-də Bakı Ekspo Mərkəzində İKT üzrə ən iri ixtisaslaşmış tədbir - 21-ci Azərbaycan Beynəlxalq “Telekommunikasiya və İnformasiya texnologiyaları” “Bakutel 2015” sərgisinin açılışı olub. Sərginin açılış mərasimində Rabitə və Yüksək Texnologiyalar nazirinin birinci müavini Ramil Quluzadə çıxış edib və “BakuTel” sərgisinə böyük maraq olduğunu qeyd edib.

Bestcomp Group “ITU Telecom World – 2015” Beynəlxalq sərgisində

12-15 oktyabr 2015-ci il tarixləri arasında Macarıstanın Budapeşt şəhərində “ITU Telecom World – 2015” beynəlxalq sərgisi keçirilmişdir. Azərbaycanın İKT nümayəndə heyətinin tərkibində bu beynəlxalq tədbirdə təmsil olunan “Bestcomp Group” sərgidə təşkil edilmiş milli pavilyonumuzda özünün ən son nailiyyətlərini – müxtəlif məhsul və xidmətlərini dünya ictimaiyyətinə təqdim etmişdir.

Bestcomp Group “Cebit 2015” sərgisində iştirak edir

Bu günlərdə Almaniyanın Hannover şəhərində “CeBİT-2015” beynəlxalq telekommunikasiya sərgisi keçirilmişdir.

Martın 16-dan öz işinə başlayan sərgi ayın 20-ə kimi davam edib. Sərgidə Azərbaycan milli pavilyonu çərçivəsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və İKT sahəsində fəaliyyət göstərən 15 şirkət, o cümlədən Bestcomp Group iştirak etmişdir.

“Xalq Kompüteri” layihəsi çərçivəsində satılan kompüterlərin sayı 25 000-ni keçmişdir

Ötən həftə Azərbaycanda həyata keçirilən “Xalq Kompüteri” layihəsi çərçivəsində satılan kompüterlərin sayı 25 000-ni keçmişdir.

 

Xatırladaq ki, “Xalq Kompüteri” layihəsi HP və Microsoft şirkətləri ilə birgə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Təhsil Nazirliyi tərəfindən 2009-cu ilin aprel ayından həyata keçirilməyə başlanmışdır, layihənin operatoru BestComp Group şirkətidir. 

1 2 3 4 5 6 7 8