Şirkət haqqında


1995-ci ildə yaradılmış BestComp Group şirkəti Cənubi Qafqazın ən nüfuzlu İKT şirkətlərindən biridir. Dünyanın aparıcı texnoloji şirkətləri ilə əməkdaşlıq edən BestComp Group-un fəaliyyəti distribüsiya, layihə həlləri, kommunikasiya, şəbəkələrinin qurulması və pərakəndə satış kimi sahələri əhatə edir.

 

Şirkətin Gürcüstanda, Qırğızıstanda, Özbəkistanda, Tacikistanda, Türkmənistanda biznes tərəfdaşları vardır. Gürcüstanda BestComp Georgia birgə müəssisəsini yaratmaqla, BestComp Group beynəlxalq bazarda fəaliyyətini daha da genişləndirdi. Bu gün BestComp Group Azərbaycanla yanaşı, Gürcüstanda və Orta Asiya respublikalarında müxtəlif İKT layihələrinin icrasında iştirak edir.

 

Şirkət ABŞ-ın Azərbaycandakı ticarət palatasının üzvüdür.

 

Şirkəti fərqləndirən xüsusiyyətlər: yüksək ixtisaslı mütəxəssislərə malik olması, təklif olunan mütərəqqi texnologiya və həllər, müştəri tələblərinə peşəkar və məsuliyyətli yanaşma, təqdim olunan xidmətlərin yüksək keyfiyyətidir. Sistem inteqratoru olan BestComp Group-un təklif etdiyi həllər optimallığı ilə fərqlənir. Bu xüsusiyyətlər şirkətin müxtəlif iri layihələrdə müvəffəqiyyətlə iştirakını təmin edir.


Keyfiyyətin idarə olunması

 

Şirkət tərəfindən müştərilərə göstərilən xidmətin səviyyəsinin beynəlxalq standartlara cavab verməsi qarşıda qoyulan ümdə vəzifələrdən biridir. BestComp Group–un uzun müddət ərzində fəaliyyət göstərən keyfiyyətin idarə olunması sisteminin beynəlxalq keyfiyyət standartlarına uyğunluğu ISO9001:2008 sertifikatı ilə təsdiq edilmişdir.

 

Lisenziya və sertifikatlar

 

Şirkәtin mütәxәssislәri әn yüksәk sәviyyәdә xidmәt vә dәstәk göstәrә bilmәk üçün mütәmadi tәlim keçir. Әsas biznes tәrәfdaşlarının  tәlimlәrindә iştirak etmiş BestComp Group-un çox sayda mühәndisi HP, Acer, Cisco, APC by Schneider Electric, Eaton,  Tripplite,  Microsoft,  Oracle,  Symantec, Mikro, Polycom, Karel, Aastra, Artronic vә sair şirkәtlәrin rәsmi sertifikatlarına malikdirlәr.  HP-UX,  HP Storageworks, Vmware, vSphere, Citrix üzrә sertifikatlar almıs, HP OpenView tәlimlәrini keçmis mütәxәssislәr iri korporativ müştәrilәrin problemlәrini operativ vә keyfiyyәtlә hәll edirlәr. Mühәndislәr hәr il xarici ölkәlәrdә keçirilәn 30-dan çox tәlimlәrdә ixtisas bacarıqlarını tәkmillәşdirirlәr.

                                                             

Diplom vә mükafatlar

 

Fәaliyyәtindә qazandığı yüksәk nailiyyәtlәrә görә BestComp Group dәfәlәrlә biznes tәrәfdaşları vә ixtisaslaşmış işgüzar nәşrlәr tәrәfindәn mükafatlara layiq görülüb:

HP şirkәtindәn “Әn yüksәk göstәricilәr vә әn yüksәk artım reytinqi”; “Uğurlu başlanğıc vә qarşılıqlı loyallıq”; “Uğurlu pәrakәndә satışlar”; “2002-ci ildә tәqdirәlayiq nailiyyәtlәrinә görә”; “2003-cü il әrzindә tәqdirәlayiq biznes tәrәfdaşlığına görә”; “2004-cü il әrzindә dinamik mühitdә tәqdirәlayiq biznes inkişafına görә”; “2005-ci il әrzindә tәqdirәlayiq biznes tәrәfdaşlığına gorә” ; “2006-ci il әrzindә tәqdirәlayiq biznes tәrәfdaşlığına görә” nominasiyalarında; Tripplite şirkәtindәn – “Qızıl reseller”; “MGE-nin İKT sahәsindә müvәffәqiyyәtinә qiymәtli töhfәsinә görә”; “Apacer nişanının İKT bazarında müvәffәqiyyәtlәri üçün göstәrilmiş sәylәrә görә”nominasiyasında; “Apacer Best Partner 2005” mükafatı; XFX şirkәtindәn – “XFX nişanının İKT bazarında muvәffәqiyyәtlәri üçün göstәrilmiş sәylәrә görә” nominasiyasında “XFX Best Partner 2005” mükafatı; Acer şirkәtindәn  2006 və 2010-cu illərdə  “İlin şirkәti” və “İnkisaf etmәkdә olan bazarlarda әn yaxsı satışlar” nominasiyasında; “PC dünyası” nominasıyasında “Milli  UĞUR” mükafatı; Consulting & Business jurnalının mükafatı, “Kompüterlәr vә texnologiyalar” nominasiyalarında, IT Magazine jurnalının mükafatı, Milli “UGUR” mükafatı; HP-dən “Әn yaxşı xidmәt mәrkәzi” ; CISCO-dan “Әn yaxsı Premyer Partnyor”  mükafatına layiq görülmüşdür; “Eurovision 2012” mahnı müsabiqәsinә hazırlıq işlәrinә verdiyi töhfәyә görә Rabitә vә Informasiya Texnologiyaları Nazirliyi tәrәfindәn fәxri diplomla tәltif edilmişdir, 2014-cü ildə Polycom şirkəti tərəfindən  “İlin sistem inteqratoru” mükafatına layiq görülmüşdür.


İnsan resursları

 

Şirkətin ən böyük nailiyyəti onun kadrlarıdır. BestComp Group-da İKT sahəsində böyük iş təcrübəsinə malik olan 250-dən artıq yüksək ixtisaslı mütəxəssis, o cümlədən elmi işini xarici ölkələrdə müdafiə edərək alimlik dərəcəsi almış mütəxəssislər çalışır.  BestComp Group respublikada cəlbedici işəgötürən şirkət imicinə malikdir. Bu xüsusiyyət xarici ölkələrdə çalışan yüksək ixtisaslı azərbaycanlı mütəxəssislərin fəaliyyətlərini BestComp Group-da davam etdirməyə üstünlük vermələrinə səbəb olmuşdur.  Türkiyədə İKT sahəsində müxtəlif vəzifələrdə çalışan üç mütəxəssis şirkətdə işə qəbul edilmişlər. Şirkət kadrlarının peşə hazırlığının fasiləsiz olaraq yüksəldilməsi üçün onların xaricdə müxtəlif kurslar keçməsinə ciddi sərmayələr yatırır. Hər il şirkətin onlarla mütəxəssisi xarici ölkələrə müxtəlif kurslara göndərilir. Şirkətin 100-dən artıq mütəxəssisi belə kursların sertifikatlarına malikdir.

 

Korporativ Sosial Məsuliyyət                            

 

Cəmiyyət qarşısında sosial məsuliyyət prinsipinin reallaşmasına xüsusi önəm verən BestComp Group müxtəlif sponsorluq layihələri ilə respublikanın ictimai həyatına öz töhfəsini verməkdədir. 

 

BestComp Group hər il keçirilən kitab yarmarkasının, muğam festivalının, şahmat turnirlərinin və s. bu kimi ictimai əhəmiyyətli tədbirlərin təşkilinə sponsorluq edir.