İT avadanlıq və sistemlərin etibarlı işinin əsasını onların yüksək keyfiyyətli, kəsintisiz enerji ilə təchizatı təşkil edir. Bestcomp Group hər cür sistemə, hər cür güc sərfiyyatına uyğun həllər həyata keçirmişdir və bu cür həlləri təklif edir. Fərqi yoxdur istehlakçı hansı avadanlığı işlədir: sabit cəryanla çalışan 24VDC, 48VDC telekommunikasiya avadanlığı və ya  elektrik yarımstansiyalarındakı  110VDC dən qidalanan avtomatik qurğuları, yaxud dəyişən cərəyandan qidalanan İT avadanlıq, server otağı, məlumat mərkəzi, inzibati bina, səyyar sistem, tibbi diaqnostika mərkəzi, idman-konsert müəssisələri, sənaye obyektləri, zavodlar və sair.

4 tanınmış UPS istehsalçısı Fransanın APC by Schneider Electric, ABŞ-ın Eaton, ABŞ-ın Tripplite, Türkiyənin Artronic şirkətləri ilə tərəfdaşlıq, bununla yanaşı Fransanın Schneider Electric şirkəti ilə yaxın əməkdaşlıq istənilən mürəkkəblik səviyyəsində olan ən müasir tələblərə cavab verən layihə həlli hazırlayıb həyata keçirməyə imkan verir. Mütəxəssislərimiz adları çəkilmiş şirkətlərin ən yüksək səviyyəli servis treyninqlərini keçərək müvafiq sertifikatlar almışlar.

İstənilən problemi tez bir zamanda həll etməyə qadir olduğumuzu bilən müştərilərimiz uzun vaxtdır ki, biznes-kritik sistemlərinə gündə 24 saat ərzində servisimizdən istifadə edirlər.