BestComp Group şirkətinin vahid kommunikasiya həlləri sizin bütün əlaqə, rabitə və şəbəkə xidmətlərini (telefon zəngləri, mesajlaşma, e-poçt, IP telefoniya, onlayn konfrans və görüşlər və s.) bir interfeysdə, idarəetmə panelində yaxud portalda birləşdirərək əməliyyatların operativliyini artıracaq və işləri daha çevik edəcək. Bizim üçün məsafə heç bir rol oynamır. Biznes şəbəkəniz nə qədər geniş olursa olsun, siz yaxud sizin əməkdaşlar bizim yaratdığımız vahid sistem üzərindən işləri müxtəlif ünvanlardan asanlıqla yerinə yetirə bilərsiniz. Bizim təqdim etdiyimiz Kompleks Kommunikasiya həlləri istənilən biznesin daha effektiv fəaliyyət göstərməsinə xidmət edir. Bu unikal həllərin imkanları kommunikasiya əməliyyatlarını inteqrasiya etmək üçün VoIP gücünü üstün səviyyəyə çatdırır. BestComp Group şirkəti vahid VoIP kommunikasiya platforması üzərindən aşağıdakı xidmətləri ehtiva edir:

  • VoIP telefoniya;
  • ani mesajlaşma (çat);
  • video konfrans;
  • mobil çeviklik;
  • biznes mühitində qarşılıqlı əməkdaşlıq imkanları.

Təklif etdiyimiz vahid kommunikasiya həllərinin üstünlükləri:

  • xərclərə qənaət;
  • servis xidmətlərinə qənaət;
  • üstün səviyyəli təhlükəsizlik;
  • sadələşdirilmiş və optimallaşdırılmış operativ əməliyyatlar.