Sistem inteqrasiyası – korporativ sifarişçilər üçün informasiya texnologiyaları sahəsində kompleks həllərin yaradılmasını, müxtəlif növ texnologiyaların və müxtəlif istehsalçıların avadanlığının qoyulmuş məsələnin həlli üçün vəhdətinin təşkil edilməsini, müəssisə və ya şirkətin biznes-proseslərini fəaliyyətini cəmləşdirən avtomatlaşdırılmış mürəkkəb və ahəngləşdirilmiş sistemlərin işlənib hazırlanmasını əhatə edir.

Özünün yüksək peşəkarlığı olan mütəxəssisləri ilə tanınmış BestComp Group Azərbaycanın çox uğurlar qazanmış sistem inteqratoru şirkətidir. Dünya IT sektorunun aparıcı şirkətlərinin tərəfdaşı olaraq BestComp Group proqram təminatı və aparat vasitələrinin müvəffəqiyyətli kombinasiyalarını yaradaraq tam sistem layihələr işləyib hazırlayır və tətbiq edir. Azərbaycanın yüzlərlə müəssisəsinin etibarlı tərəf müqabili olan Bestcomp Group açar-təslim şərti ilə müvəffəqiyyətlə həyata keçirilmiş çox sayda layihəni işləyib hazırlamış və icra etmişdır.

BestComp Groupun sistem inteqrasiyası sahəsində fəaliyyəti iqtisadiyyatın ən çox bu sahələrində cəmlənmişdir:

  •  Maliyyə təşkilatları və banklar;
  •  Telekommunikasiya;
  •  Tikinti;
  •  Sənaye;
  •  Ticarət və xidmət;
  •  Hökumət və özəl təşkilat və şirkətlər;

Bir sistem inteqratoru kimi Bestcomp Group aşağıdakı xüsusiyyətlərlə fərqlənir:

  • Özünün məsləhətçiləri, analitikləri, sistem arxitektorları, mühəndis-texniki personalı və istehsal-texniki bazası ilə;
  • Müxtəlif istehsalçıların avadanlığını istifadə etməklə müxtəlif həcmli layihələrin həyata keçirilməsi sahəsində təcrübəsi ilə;
  • Həm avadanlığın yaradılması, həm də öz proqram təminatının işlənib hazırlanması sahəsində təcrübəsi ilə;
  • Mövcud tələbləri etibarlı şəkildə yerinə yetirməklə və proqnozlaşdırılan inkişafa imkan yaratmaqla, ayrılmış büdcə  daxilində verilən müştəri üçün ən optimal texniki həlli tapma bacarığı ilə;
  • Sifarişçiyə məsələnin həlli ilə bağlı bir neçə seçimləri təqdim etmə qabiliyyəti ilə;
  • Biznes prosesləri strukturlaşdırmaq, istənilən səviyyəyə və mürəkkəbliyə malik olan informasiya axınları ilə şirkətlər üçün  informasiya sistemlərinin vahid konsepsiyasını işləyib-hazırlamaqla;
  • Rabitə sisteminin yaradılması və istismarı prosesində bütün növ işləri yerinə yetirməklə, müxtəlif həcmli telekommunikasiya və informasiya sistemlərinin qurulmasında kompleks yanaşmanın tətbiqini təmin etməklə;
  • Telekommunikasiya sistemlərinin auditini keçirmək və gələcək inkişafla bağlı tövsiyələr verməklə;
  • Layihədən əvvəl müayinə və ekspert qiymətləndirməni keçirmək, sistemlə bağlı tələbləri müəyyən etməsiylə;
  • Peşəkar texniki tapşırığı hazırlamaq, layihələndirmə, avadanlıq və kommunikasiya vasitələrinin təchizatı,  müxtəlif istehsalçılardan avadanlığın vahid sistem çərçivəsində inteqrasiyası, quraşdırma və işə salma proseslərinin  yerinə yetirilməsi, sifarişçiyə sistemin açar təslimi əsasında verilməsi və sifarişçinin personalının öyrədilməsi ilə;
  • İxtisaslaşmış servis, zəmanət və zəmanətdən sonra xidmətin təmin olunması ilə;
  • İşlərin və xidmətləri yüksək keyfiyyətlə təmin etməklə.

Bestcomp Group şirkətinin sistem inteqrasiyası sahəsində tərəf müqabili olaraq etibarlılığı mütəxəssislərimizin dünyanın aparıcı istehsalçılarından aldığı sertifikatlarla təsdiq olunur.