Girişi idarəetmə və nəzarət sistemləri

BestComp Group şirkəti insanların, binaların, sahələrin və müxtəlif tikililərin təhlükəsizliyini təmin edəcək kompleks nəzarət buraxılış həlləri təqdim edir. Bizim hazırladığımız nəzarət buraxılış sistemləri sayəsində yalnız xüsusi icazəsi olan şəxslər müvafiq ərazi və məkana daxil ola bilər. Təklif etdiyimiz sistemlərə binalar üçün hazırlanmış sadə elektron açarlardan başlayaraq xüsusi mühafizəyə ehtiyacı olan məlumat mərkəzinin server bazasına tətbiq edilən çətin mexanizmli blok açarlar daxildir. Xidmətlərimizə aşağıdakılar daxil olsa da, fəaliyyətimiz bu servislərlə məhdudlaşmır:

  • Biometrik texnologiyalar – İnsanların barmaq izi vasitəsilə tanınması və müvafiq əraziyə yaxud tikiliyə daxil olmasına icazənin təmin edilməsi;
  • Üstün səviyyəli təhlükəsizlik – Giriş məhdudiyyəti olan sahələrin qorunması. Tərəfdaşlarımızın dəstəyi sayəsində biz böyüklü-kiçikli müxtəlif müəssisələr üçün nəzarət buraxılış sistemləri təklif etmək imkanına qadirik;
  • Video yoxlama – Vizual tanıma və video təhlil vasitəsi ilə yalnız özəl icazəsi olan əməkdaşlar sizin xüsusi qoruma altında olan sahələr daxil ola bilərlər;
  • Mobil buraxılış – Bu imkandan istifadə edərək sizin işçiləriniz smartfon, planşet kimi mobil cihazlar vasitəsilə müvafiq sahəyə daxil ola bilərlər.

Bu sistemləri tətbiq etməklə, istənilən müəssisə və təşkilat öz ərazisində və binalarında keçid-buraxılış prosesinə asanlıqla nəzarət edə bilər. Bununla da yaranmış boşluqları aşkar edərək güclü təhlükəsizlik şəraiti qura bilər. İnteqrasiya edilmiş məlumatlandırma sistemi buraxılış-nəzarət qaydalarının pozulmasına yol açan xətaların qarşısını asanlıqla almaq üçün təhlükəsizlik əməkdaşlarına geniş imkanlar və şərait yaradır. Mühafizədə kənar şəxslərin icazəsiz girişi, kənar müdaxilə cəhdləri yaxud yanlış istifadəçi adı ilə daxil olma təşəbbüsləri kimi pozuntular aşkar ediləndə, bizim intellektual sistemimiz real vaxt rejimində ani bildirişlər göndərir. BestComp Group şirkətinin həlləri sayəsində siz əməkdaşların, qonaqların və istifadəçilərin buraxılış və hərəkətlərini asan üsullarla təhlil edə bilərsiniz. Bundan əlavə siz hər bir qapalı məkan, sahə və ərazi üzrə icazəli buraxılış və daxil olmalar haqqında geniş və ətraflı məlumat əldə edə bilərsiniz.

 

Video müşahidə sistemi

Video Müşahidə Sistemi (VMS) sahəsində təqdim edilən həllərin sayı və seçim imkanları çox genişdir, lakin doğru və düzgün olanı seçmək həqiqətən də çətin məsələdir. Buna görə də istədiyiniz məqsədə çatmaq üçün nə əldə edəcəyinizi dəqiq bilməlisiniz. BestComp Group şirkətinin VMS üzrə ekspertləri sizin fəaliyyətinizi təhlil edərək və funksionallıqları nəzərə alaraq, biznes tələbatlarınızı ödəyəcək ən uyğun vasitələri seçməkdə yardım edəcəklər. Biz miqyası genişlənə və kiçilə bilən, həmçinin keyfiyyətli təsvirlərin əldə edilməsi üçün aşağı-zolaqlı keçid imkanları ilə yüksək dəqiqlikli CCTV kameraları ilə təchiz edilmiş intellektual müşahidə həlləri təqdim edirik:

  • Ağıllı, yüksək dəqiqlikli kameralar;
  • Sifəti tanıyan kameralar;
  • Gizli və aşkar kameralar;
  • Termal və infraqırmızı kameralar;
  • Pozuntuları aşkar edən və hərəkətlərə həssas kameralar.

Biz bütün adıçəkilən və sair xidmətləri etibarlı kommunikasiya şəbəkəsi əsasında fibro-optik və LAN naqilləri ilə yanaşı, simsiz rabitə və digər müasir texnologiyalar üzərindən, uzaqdan nəzarət və video görüntülərin yazılışını, həmçinin bulud həllər daxil olmaqla, müvafiq tələblər və mövcud infrastrukturun vəziyyətinə uyğun təklif edirik. Video Müşahidə Sisteminizi və biznesiniz üçün ən xeyirli olan vasitələri müəyyənləşdirmək üçün bizə müraciət edə bilərsiniz.