İT sahəsində inkişaf və dinamika durmadan davam edir. Bu da öz növbəsində kiber təhlükəsizlik sahəsində təhdidlərin və qəzaların sayı barədə narahatlıqları hər gün artırır. Belə olan təqdirdə, bizim beynəlxalq sertifikatlara malik olan peşəkar ekspertlərimiz müəssisənizin maraqları, infrastruktur mühitini, biznes proseslərini və təhlükəsizlik hədəflərini nəzərə alaraq, risklərin minimum səviyyəyə salınması üçün ən uyğun həllərin tətbiq edilməsi üçün bütün lazımlı dəstəyi göstərməyə hazırdır. BestComp Group şirkəti lokal cihazlardan tutmuş şəbəkəyə qədər, həmçinin ənənəvi təhdidlərə qarşı mühafizədən tutmuş məqsədli və hədəfli hücumlara qarşı həllər daxil olmaqla, yüksək intellektual və geniş şəbəkəli təhlükəsiz qoruma sistemini təqdim edir. Buraya aşağıdakı təhlükəsizlik  xidmətləri daxildir:

  • Təhlükələrə və təhdidlərə qarşı təkmilləşdirilmiş mühafizə;
  • Şəbəkə və Data Mərkəzinin təhlükəsizliyi;
  • Korporativ məlumatların və informasiya bazasının təhlükəsizliyi;
  • İdentifikasiya, tanıma və nəzarət-buraxılış idarəetməsi;
  • Mobil təhlükəsizlik və son ünvanlar/nöqtələr üçün həllər;
  • Təhlükəsiz məzmun interfeysi (Content Gateway);
  • Razılaşmaya riayət edilməsinə nəzarət;
  • Aplikasiyaların təhlükəsizliyi;
  • Bulud həllərin təhlükəsizliyi;
  • Əməliyyatların təhlükəsizliyi və s.

Ən son yaranan təhdidlərə qarşı müasir təhlükəsizlik tələblərinə uyğun yüksək səviyyəli mühafizəni təmin etmək üçün biz Palo Alto Networks, Micro Focus, Radware, F5, Fortinet, Symantec, Cisco, Thales, Citrix, Tenable, Quest Software, Mobile Iron, McAfee, ESET və s. kimi peşəkar tərəfdaşlarımızın ən yeni texnologiyalarını tətbiq edirik.