Əgər Məlumat (data) mərkəzinin qısa vaxt ərzində yaradılmasını və burada informasiya mübadiləsinin yüksək sürətlə icra edilməsini istəyirsinizsə, bizə müraciət edin. BestComp Group şirkətinin uzun illər ərzində sınanılmış zəngin təcrübələri sayəsində kompleks dizayn, quraşdırılma, təchizat və təhlükəsizlik xidmətləri ən üstün səviyyədə həyata keçirilir. 23 ildən artıq müddətdir ki, hər zaman ən qabaqcıl texnologiyaları tətbiq edərək, data mərkəzini dəstəkləyən xidmətlərin bütün sahələrini idarə edir və tənzimləyirik. Sizə aşağıdakı xidmətləri ən üstün səviyyədə təqdim edərək, data mərkəzi sahəsində sizin etibar edə biləcəyiniz ən güvənli tərəfdarınız olacağıq:

  • Data mərkəzinin dəyərləndirilməsi;
  • Data mərkəzinin monitorinqi;
  • Quraşdırılma;
  • Dizayn (layihələndirmə və sxemləşdirmə daxil);
  • Sahənin havalandırılması və soyudulması;
  • Elektrik təminatı və fasiləsiz enerji təchizatı;
  • Layihənin tam təhvil verilməsi;
  • Önləyici tədbirlər;
  • Təcili xidmət;
  • Yerdəyişmə prosesi.