Məlumat mərkəzinin və server otaqlarının iqlim şəraiti digər mühüm faktorlar kimi çox böyük əhəmiyyət kəsb edir. Cihazları isinmədən irəli gələn zədədən qorumaq üçün temperatura və rütubətə nəzarət etmək çox vacibdir. Məlumat mərkəzinin və server otaqlarının ölçüsündən asılı olaraq BestComp Group şirkəti geniş çeşiddə həllər təqdim edir. Soyutma sistemində müasir nailiyyətləri və yeni texnologiyaları tətbiq edərək biz sizin cihazlarınızın etibarlı şəkildə və ən effektiv surətdə çalışmasını təmin edəcəyik.

Biz dünyanın aparıcı şirkətləri ilə əməkdaşlıq edərək müştərilərimizin Məlumat Mərkəzlərinin idarə edilməsi üçün ən yaxşı həllər təqdim edirik. Düzgün tərəfdaş və uyğun texnologiya seçməkdə istifadə etdiyimiz sərbəst yanaşma sayəsində müşahidə və nəzarət aparmaqda, hava axınının təhlilində, cərəyan təminatında, göstəricilərin ölçülməsində, soyutma sistemində və effektivliyin artırılması texnologiyaları sahəsində peşəkarlığımız artır. Biz əldə etdiyimiz təcrübələr məlumat mərkəzinin menecerlərinə fasiləsiz çalışma imkanlarının və enerji effektivliyinin artırılması vasitəsilə gələcəkdə əsaslı və cari xərclərin qənaət edilməsində dəstək olur.

BestComp Group-un bu sahədə təklif etdiyi xidmətlər:

  • Təlim və treninqlər;
  • Quraşdırma;
  • Dizayn (layihələndirmə və sxemləşdirmə daxil);
  • Layihənin tam təhvil verilməsi;
  • Önləyici tədbirlər;
  • Təcili xidmət;
  • Yerdəyişmə və köçmə;

Bütün xidmətlər xüsusi sertifikata malik peşəkar mütəxəssislər tərəfindən həyata keçirilir.