Bəzən elə olur ki, insan faktoruna görə, işlərin vaxtında yerinə yertirilməsində axsamalar yaranır, mühüm biznes qərarların qəbul edilməsi üçün yanlış məlumatlar meydana çıxır və yaxud xüsusi əhəmiyyətli sənədlər itir. Bu cür ümumi hallar biznes proseslərin avtomatlaşdırılması ilə çox asan həll edilir. BestComp Group şirkətinin biznes proseslərin avtomatlaşdırılması üçün təqdim etdiyi həllər sizi kağız işlərindən xilas edərək, diqqətinizi daha çox proseslərin gedişatına yönəlməsinə imkan yaradacaq. Bizim innovativ həllərimiz sayəsində siz istənilən vaxt və istənilən yerdə bütün məlumatları anında əldə edərək tez bir zamanda hər hansı əməliyyatı həyata keçirə bilərsiniz. Biznes proseslərinizin avtomatlaşdırılması üçün bizə müraciət etməklə siz:

  • Məlumatlarının və kommunikasiyaların dəqiqliyini üstün səviyyəyə çatdıra;
  • Təkrarlanan işlərin sıxıntısını aradan qaldıra;
  • Şirkətinizə ünvanlanan sorğuların cavablandırılmasında operativliyi artıra;
  • Vaxta qənaət edərək gəlirləri yüksəldə;
  • İnformasiya mübadiləsilə bağlı prosesləri sürətləndirə;
  • Məlumat bazasına ani asan daxil olmanı təmin edə;
  • Müştərilərə təqdim edilən xidmətləri genişləndirə bilərsiniz.

ERP, CRM və proseslərin dövriyyəsini sürətləndirən digər sistemlər maliyyə, bazar araşdırmaları, istehsalat mühəndisliyi, sığorta müraciətləri, kredit sorğuları, restoran işi, insan resursları yaxud tibb məlumatları üzrə qeydlərin aparılması və bir çox müxtəlif biznes sahələrində tətbiq edilə bilər. Proseslərin avtomatlaşdırılması biznesinizin daha mütəşəkkil və daha effektiv olmasını təmin edir.