Siz yalnız öz işləriniz haqqında düşünün və biznesinizi tam sürətlə irəli aparın, İT sahənizin qayğısına isə biz qalarıq. Əmin olun ki, həftənin 7 günü, günün 24 saatı bütün İT işləriniz BestComp Group əməkdaşlarının tam nəzarəti altındadır. İT üzrə üstün səviyyəli dəstək xidmətlərimiz müştərilərimizin bu sahədə ən yüksək tələblərini qarşılayır.

Bizim İT xidmətlərinin bütün sahələrində çox böyük təcrübəmiz var. Yüksək ixtisaslı komandamızın zəngin bilikləri və bacarıqları sayəsində istər uzaqdan, istərsə də birbaşa məntəqədə müxtəlif çətinlikləri ən operativ sürətdə həll edirik. Uzaqdan İdarəetmə proqramımız hər hansı kompyuterə istənilən məsafədən nəzarət etməyə imkan verir. Bu proqram sayəsində bir neçə saniyə ərzində, və hətta problem yaranmadan əvvəl İT çətinlikləri həll edirik. BestComp Group yalnız İT dəstək xidmətləri göstərmir, biz sizin tam əhatəli İT şöbəniz ola bilərik.

SLA – Xidmətin Təqdim Edilməsi Səviyyəsi haqqında Razılaşma

Üstün səviyyəli xidmətlərimizin idarə edilməsi istiqamətində biz bir çox biznes sahələri ilə əməkdaşlıq edirik və xidmətlərimizin müştərilərə vaxtında çatdırılması naminə obyektiv və real gözləntilər təyin edərək hər zaman qarşımızdakı məqsədlərə çatmaq üçün ciddi səylə çalışırıq. BestComp Group daim peşəkar İT idarəetmə mexanizmləri təqdim edərək müxtəlif biznes sahələrinə dəstək olur. Bizim təklif etdiyimiz SLA hər zaman öz çevikliyi və dinamikliyi ilə fərqlənir. Bu da öz növbəsində İT infrastrukturunuzun etibarlı əllərdə olduğuna, daim tam gücü ilə stabil və təhlükəsiz şəraitdə çalışması ilə bağlı sizdə əminlik yaradacaq. Bizimlə istənilən İT sorğularınıza ən qısa zamanda həll taparaq, işlərinizin məhsuldarlığının davamlı olmasını təmin etmiş olacaqsınız, həmçinin vaxtınıza və pulunuza qənaət edəcəksiniz. BestComp Group şirkətinin SLA təklifləri işlərin müxtəlif səviyyələrində həyata keçirilə bilər. Bu istiqamətdə individual yanaşma çərçivəsində sizə ən uyğun fərdi matrisa yaradılacaq.

ITSM (İT Servis İdarəetməsi)

 BestComp Group dünyanın aparıcı texnoloji və servis şirkətləri ilə əməkdaşlıq edərək İT Servis İdarəetməsi proqramları təqdim edir. Bu proqramlar müasir və veb əsaslı həllər ehtiva edərək gündəlik İT sorğuları sadələşdirir və avtomatlaşdırır. İT üzrə tapşırıqların keyfiyyətlə və avtomatik yerinə yetirilməsi, yaranmış problem və xətaların idarəetməsi, konfiqurasiya idarəetməsinin təkmilləşdirilməsi sahəsində olduqca güclü və eyni zamanda istifadəsi asan olan sərfəli və modullu proqram təminatları hazırlayırıq. BestComp Group şirkətinin təklif etdiyi həllər böyüklü-kiçikli istənilən biznes və sənaye sahəsində İT idarəetmənin keyfiyyətini və iş prosesinin məhsuldarlığını artırır, xidmət səviyyələrini optimallaşdırmaqla müvafiq xərcləri azaldır və İT infrastrukturunun idarəetmə mexanizmini strateji biznes hədəflərlə ahəngliyini təmin edir. Bizim xüsusi proqramımız geniş yayılmış kompleks xidmət sorğularını, ən yaxşı təcrübələri, problem və xətaların idarəetmə mexanizmini, konfiqurasiya idarəetməsini vahid platformada ehtiva edərək idarəetmədə ən qabaqcıl funksiyaları və ən müasir texnologiyanı təqdim edir.

Biz bilirik ki, İT istənilən biznesin əsaslı təməlini təşkil edir. İT infrastrukturunun düzgün idarə edilməsi ilə biznes proseslərin fasiləsiz çalışmasını təmin etmək bütün qurumlar üçün çox böyük əhəmiyyət kəsb edir. Bu istiqamətdə bəzi müəssisələr uzaqdan idarə edilə bilən ITSM seçirlər. Bizim uzaqdan idarə edilən monitorinq və idarəetmə həllərimiz İT şəbəkəniz daxilində IP ünvanı olan bütün avadanlıqla bağlı profilaktik və önləyici yoxlama-təftiş tədbirlərin həyata keçirilməsini, idarəetməsini və hesabatların yaradılmasını təmin edir. Bizim sayəmizdə siz istənilən kiçik xətalar barədə qabaqlayıcı addımlar atmaqla, daha böyük çətinliklərin qarşısını ala bilərsiniz.

Uzaqdan göstərilən xidmətlərə daxildir:

  • Server və şəbəkənin monitorinqi;
  • İT xidmətlərinin avtomatlaşdırılması;
  • Sorğuların uzaqdan idarəetməsi;
  • Sistemin sazlığının yoxlanılması və monitorinqi;
  • ICT dəyərləndirilməsinin idarəetməsi;
  • Xəta sorğularının idarəetməsi mexanizmi.

Xəta sorğularının idarəetmə mexanizmi, biznes proseslərini idarə edilməsi üçün uyğunlaşdırıla bilən sistem vasitəsilə, hadisələrin tam olaraq yaranmasından həll edilməsinə qədər dövriyyəni avtomatlaşdırır və bununla da mühüm İT xidmətlərinin fasiləsiz təminatını mümkün edir. Analitik hesabatlar işlərin arxayın və davamlı getməsi üçün doğru, müvafiq və vaxtında məlumat təqdim edir. Bizim Xəta sorğularının idarəetməsi üzrə yaratdığımız proqram təminatı bütün sorğuları kompleks proseslər vasitəsilə düzgün və effektiv tərzdə idarə edir. Burada ilkin hesabatın daxil olmasından başlayaraq xətaların yaranmasının araşdırılması, əsas səbəblərinin təhlili, həlledici hərəkətlər və daha sonra effektivliyin ölçülməsi tam olaraq dəyərləndirilir. BestComp Group tərəfindən hazırlanan Xəta sorğularının idarəetməsi üzrə həllər, hadisələrin baş verməsi barədə məlumatların daxil olması üçün etibarlı sistem yaradır və xətaların idarə edilməsi istiqamətində müvafiq tədbirləri avtomatlaşdırır. Bununla da hadisələrlə bağlı əlaqələrin və araşdırmanın gedişatının izlənilməsi təmin edilir. Xətaların izlənilməsi üzrə proqram təminatı etibarlı həllər təqdim etmək üçün bir sıra əsas xüsusiyyətlərə malik olmalıdır və biz onların hamısını kompleks şəklində təklif edirik.