BestComp Group şirkəti tərəfindən hazırlanmış unikal “bProReg” sistemi vahid məlumat mərkəzindən ibarət informasiya resursudur. Bu sistem bizneslə məşğul olan müəssisələr, dövlət orqanları tərəfindən sahibkarlıq sahəsində keçirilən yoxlamalar və təftişlərin reyestri, müxtəlif dövlət orqanlarının informasiya mərkəzlərinin məlumat mübadiləsi, dövlət reyestrində saxlanılan qanunvericilik aktlarının informasiya təhlükəsizliyi barədə məlumatların mərkəzləşdirilmiş qaydada saxlanılmasını və bu mərkəzə təhlükəsiz, etibarlı girişi təmin edir.

Bu unikal xidmət məlumatların təqdim edilməsinə yönəlmiş, həmçinin yoxlamaların qanunvericiliyin tələblərinə uyğun olub olmadığını göstərən dövlət səviyyəli informasiya resursudur. bProReg proqram təminatına inteqrasiya edilmiş SMS və IVR modulları hüquqi cəhətdən qüvvədən düşmüş köhnə sənədlər haqqında məlumat əldə etməyə imkan yaradır. Sistem kompleks halında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən tətbiq edilmişdir.

Sistemin funksionallığı haqqında ətraflı məlumat əldə etmək üçün bizə office@bestcomp.net ünvanına yazın.