Dünyanın aparıcı telekommunikasiya şirkətləri öz müştəriləri üçün geniş çeşiddə zəng, internet, mesajlaşma xidmətləri təqdim edirlər. Bu istiqamətdə individual yanaşma ilə daha çox müştəri yönümlü olmaq və eyni zamanda müasir texnologiyalardan istifadə edərək innovativ servislər və məhsullar təklif etmək üçün şirkətlər ciddi rəqabət aparırlar. İstədikləri nəticələrə çatmaq üçün şəbəkə operatorları alətlər paneli tətbiqlərindən geniş surətdə istifadə edirlər, çünki bu vasitələr abunəçilər üçün rahatlıq, mobillik və asanlıq yaradır.

Eyni zamanda mobil alətlər paneli tətbiqlərinin istifadə edilməsi müştərilərin davranışlarını daha yaxşı anlamağa və bu davranışlara adekvat olaraq tələbatları ödəmək üçün daha sürətlə hərəkət etməyə fürsət yaradır. Sürətin artdığı zəmanədə bu cür proqramların tətbiqi misilsiz üstünlük yaradır. Biz qəti şəkildə əminik ki, rəqəmsal imkanlar və həllər artdıqca, tələbatların ödənilməsi daha yüksək nəticələr nümayiş etdirəcək. BestComp Group şirkəti mobil operatorların müştərilərinə daha yaxın olmaq, məqsədlərinə çatmaq və strategiyalarını reallaşdıra bilməsi üçün istənilən funksionallığa malik alətlər paneli proqram təminatı hazırlayır.

Vahid platforma üzərindən həm ilk ödəniş sistemi, həm də sonradan ödəniş sistemindən istifadə edən abunəçilər fərdi və korporativ müştərilərə istiqamətli portal ilə asanlıqla hesablarını və qoşduqları xidmətləri idarə edə, bonuslarına nəzarət edə, SMS və internet paketlərini tənzimləyə, aktivləşdirə/deaktivasiya edə bilərlər. Bizim peşəkar komandamız bu cür tətbiqlərin dizaynından tutmuş, təhlilinə, hazırlanmasına, sistemlə inteqrasiyasına və tam təhvil verilməsinə qədər geniş əməliyyatlar həyata keçirirlər. Yaratdığımız alətlər paneli tətbiqinin sadəliyi və asanlığı həm mobil operatorlar, həm də onların müştərilərinin maraqlarına tam cavab verir.

Sistemin funksionallığı haqqında ətraflı məlumat əldə etmək üçün bizə office@bestcomp.net ünvanına yazın.