E–səhiyyə sistemində “bProMed” proqram təminatı – səhiyyə sahəsində informasiya və kommunikasiya texnologiyalarından istifadə edərək şəxsi və sağlamlıq haqqında tibbi məlumatların saxlanmasını özündə birləşdirən sərfəli və təhlükəsiz çıxış yoludur. Bu yolda Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin təşəbbüsü ilə irəli sürülən Elektron sağlamlıq kartı sistemi BestComp Group şirkəti tərəfindən uğurla tətbiq edilmişdir.

Pasientlərin sağlamlığı haqqında üstün səviyyəli qayğı və operativlik nümayiş etdirmək və onların istənilən yerdən və istənilən vaxt birbaşa iştirakını təmin etmək üçün bizim hazırladığımız “bProMed” proqram təminatı Elektron Sağlamlıq Sistemini və Tibbi Müayinə Sistemini ehtiva edərək tibb bacılarının, fiziaterapevtlərin və s. həkimlərin funksiyalarını effektiv istiqamətə yönəldir və pasientlərə qarşı fərdi yanaşmanı gücləndirir. Sağlamlığın ən ümdə amil olduğunu rəhbər tutaraq pasient və səhiyyə əməkdaşları arasında qarşılıqlı münasibətləri dəstəkləmək üçün proqram iki mühüm funksiyanı həyata keçirir:

  • Real vaxt rejimində bütün pasientlərin məlumatlarının əlinizin altında olmasını təmin etmək;
  • Pasientlərin səhhətinin daim nəzarət altından saxlayaraq sağlamlığı təmin etmək.

Biz fəxr edirik ki, ölkəmizdə Elektron sağlamlıq kartı sistemi üçün xüsusi proqram təminatının hazırlanmasını Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi bizə həvalə etmişdir. Sistemin funksionallığı haqqında ətraflı məlumat əldə etmək üçün bizə office@bestcomp.net ünvanına yazın.