BestComp Group şirkətinin hazırladığı “bProRec” Məhkəmə İclası Proseslərinin Protokollaşdırılması Sistemi məhkəmələrə hər bir iş üzrə xərclərə qənaət etmək, hakimlərin və ədliyyə sisteminin əməkdaşlarının fəaliyyətlərində səmərəliyi artırmaq üçün məhkəmə iclaslarının tam rəqəmsal qeydiyyatı və protokollaşdırılması sahəsində geniş həllər təklif edir. Bizim təqdim etdiyimiz məhkəmə iclası proseslərinin rəqəmsal protokollaşdırılması sisteminin istifadə edilməsi çox asan və sadədir. Həllər məhkəmə iclasının audio, video və digər məlumatlarını vaxta və yaddaşa qənaət edərək eyni anda müxtəlif ünvanlarla paylaşmağı təmin edir. İnteqrasiya edilmiş qısa qeyd dəftərçəsi və audio-video faylların oxunması və təsvir edilməsi funksiyaları, etibarlı nəzarət imkanları sayəsində BestComp Group şirkətinin proqram təminatı iş proseslərini optimallaşdırır, bütün iclasların və dinləmələrin düzgün, dəqiq və təhlükəsiz qeydiyyatını asanlıqla təşkil edir.

Bizim sistemin ən uğurlu cəhəti və üstünlüyü, məhkəmə iclaslarında stenqoramların hazırlanmasına əlavə edilən dəqiqlikdir. Burada insan amilinin iştirakı tam ixtisar edilib, çünki bəzən məhkəmə iclaslarında insanlar bir sözü yaxud bir neçə sözü eşitməyə bilər və bu da bəzi fəsadlar yarada bilər. Hazırladığımız sistem məhkəmə iclaslarının audio-video qeydlərini rəqəmsallaşdırılmış halda birbaşa sərt diskə yazır və dərhal istənilən şəxslər tərəfindən yoxlanılmasını təmin edir. Bununla da qeydlərin əl ilə aparılması zamanı potensial unutqanlığın və diqqətsizliyin insanlar üzərində yaratdığı gərginlik aradan götürülür və proses iştirakçıları diqqətlərini daha mühüm elementlərə yönəldə bilirlər.

Bizim təklif etdiyimiz məhkəmə iclası proseslərinin rəqəmsal protokollaşdırılması üçün unikal sistemdə server və şəbəkə vasitəsilə faylların göndərilməsini asanlaşdıran sadə avtonom qeydiyyat proqramından tutmuş, çox-mənzilli inteqrasiya edilmiş audio-video sisteminə qədər, istənilən məhkəmə zalı və iclas otağı üçün nəzərdə tutulmuş kompleks həllər mövcuddur. Sistem eyni anda 8 mikrofonun və 4-dən çox IP video kamerasının qoşulmasını təmin edir. Məhkəmə növündən, prosessual dəyişikliklər və məhkəmə protokollarının tələbləri və hesabatlarından asılı olaraq, məhsul xüsusi tələblərə uyğun modifikasiya oluna bilər.

Sistemin funksionallığı haqqında ətraflı məlumat əldə etmək üçün bizə office@bestcomp.net ünvanına yazın.