BestComp Group şirkəti olaraq üstün səviyyəli innovativ kommunikasiya həlləri təqdim edərək bir çox telekommunikasiya şirkətlərinin güclü tərəfdaşı kimi tanınırıq. Rabitə sahəsində təklif etdiyimiz model funksional nəticələrin əldə edilməsi istiqamətində məsuliyyət və öhdəlikləri ehtiva edir. Beləliklə, bu model, tərəfdaşlarımıza öz müştəriləri ilə kəsişən cəhətlərin genişlənməsinə, əməliyyat proseslərinin həcminin azaldılması ilə xidmətin təqdim edilməsi səviyyəsi haqqında razılaşmaların yerinə yetirilməsinə, məhsuldarlıqda effektivliyin və gəlirin artırılmasına yardım edir.

Bizim uğurlu layihələrimizdən bir neçəsi:

  • Məsafədən daxil olmalar üçün genişzolaqlı marşrutizator (Broadband Remote Access Server – BRAS) həllinin təchizatı və tətbiqi. Bu imkanla İnternet server təchizatçı (Internet service provider – ISP) şəbəkəsi əsasında olan xüsusi server bir neçə İnternet trafik mənbəsinin birləşdirməsini asanlaşdırır. Həmin mənbələrə kabel, DSL, Ethernet yaxud genişzolaqlı simsiz şəbəkə daxildir. Məsafədən daxil olmalar üçün genişzolaqlı marşrutizator DSL multipleksor girişləri və ISP şəbəkəsi daxil olmaqla, genişzolaqlı cihazlara internet trafikinin girişini və çıxışını istiqamətləndirir.
  • HPE Moonshot System əsasında IPTV həllərin təchizatı. Rəqəmsal televiziya daim təkmilləşir və bu da öz növbəsində IPTV platformalarının yeni protokolların və standartların dəstəklənməsini zəruri edir. Bizim təklif etdiyimiz unikal həll bütün müasir tələblərə cavab verir və onun platforma imkanları daim təkmilləşir.
  • Yeni nəsil qoruyucu maneə (firewall) platformasının təchizatı. Biz bütöv rəqəmsal hücum səthi üzərindən gerçəkləşən hücumlara qarşı geniş mühafizənin təmin edilməsi üçün yüksək performanslı, birləşdirilmiş üstün səviyyəli təhlükəsizlik və şaxələnmiş görünmə yaradırıq.
  • Müxtəlif təşkilatlar üçün Microsoft Enterprise Agreement və server, saxlanma, təhlükəsizlik həllərinin təchizatı və quraşdırılması;
  • TIER 3 data mərkəzi üçün serverlərin, məlumatların saxlanma mərkəzlərinin, D2D, maqnit lentləri üzərində yazılar, DDOS əleyhinə həllərin təchizatı;
  • Müştərilər üçün Məlumat Trafikin İdarəetməsi Sistemin (Data Traffic Management System – DTMS) yaradılması və İnternetin İdarəetmə Sisteminin (Internet Management System – IMS) quraşdırılması (istifadəçilərin daha yüksək keyfiyyətli internetlə təmin edilməsi imkanları). Təhlil və layihənin sxemləşdirmə mərhələsindən, həmçinin mobil layihələrin hazırlanmasından başlayaraq, sistem inteqrasiyasına qədər geniş çeşidli xidmətlər təmin edilir. Bu sistemin sadəliyi və asanlığı həm mobil operatorlar, həm də onların müştərilərinin maraqlarına tam cavab verir.

Sifarişçilər:

Layihələr

We are the Expert on this Field, Better Solutions.