BestCom Group şirkəti xalqımıza dəstək olmaq və xidmət səviyyəsini yüksəltmək üçün səhiyyə və ədliyyə sistemindən başlayaraq, Azərbaycanda fəaliyyət göstərən bir çox dövlət qurumları ilə əməkdaşlıq edir. Uzun illər ərzində müxtəlif dövlət və ictimai qurumlarla çalışarkən qazandığımız zəngin təcrübə sayəsində biz, sizə işlərinizdə səmərəliyi və effektivliyi artırmaq, həmçinin riskləri və xərcləri azaltmaq üçün ən uyğun və sərfəli İT xidmətləri və infrastrukturu təqdim edə bilərik. Bizim yüksək ixtisaslı və peşəkar komandamız həftənin 7 günü, günün 24 saatı ərzində ölkəmizin dövlət qurumlarını hərtərəfli texniki dəstəklə təmin edir.

Biz ölkə boyu dövlət və ictimai qurumları çeşidli və ən münasib kompleks İT həllər ilə təmin etmişik:

  • Elektron Sağlamlıq Kartı Sistemi (ESKS) BestComp Group şirkəti tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi üçün yaradılan elektron informasiya sistemidir. Bu vasitə sayəsində şəxsi, tibbi və sığorta məlumatlarını vahid platforma üzərində özündə cəmləşdirən elektron informasiya sisteminin mövcud olmasına imkan verir. Sağlamlıq Kartı sisteminə daxil edilən məlumatlar Səhiyyə Nazirliyinin İnformasiya Mərkəzində cəmləşdirilir. Sağlamlıq kartı sistemində olan məlumatlar (xəstəlik tarixi, müayinə, müalicə, cari istifadə edilən dərman preparatları, peyvəndlər, gələcəkdə tibbi sığorta və s.) kart sahibinə operativ və dəqiq müayinə olunmaq imkanı yaradır. Elektron Sağlamlıq Kartı Sisteminin həyata keçirilməsi üçün zəruri olan xüsusi proqram təminatlarının hazırlanması, Məlumatların idarəetmə və kartın fərdi təsdiqlənməsi mərkəzlərinin xüsusi avadanlıqlar və proqram təminatları ilə təchiz edilərək istifadəyə verilməsi BestComp Group şirkəti tərəfindən uğurla yerinə yetirilib.
  • Dövlət Miqrasiya Xidməti üçün informasiya proseslərinin avtomatlaşdırılması üçün sistem miqrasiya proseslərini təhlil etməyə və proqnozlaşdırmağa və bu proseslərə nəzarət etməyə, miqrasiya sahəsində vahid məlumat bazası sisteminin yaradılmasına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslər barədə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi olaraq yaşamaq icazəsinin verilməsi, immiqrant statusunun verilməsi, müvəqqəti yaşamaq icazəsi müddətinin uzadılması, vətəndaşlıq və qaçqın statusunun müəyyən edilməsi haqqında qərarların qəbul edilməsinə imkanlar yaradır. Vahid Miqrasiya Məlumat Sistemi (VMMS) İdarələrarası Avtomatlaşdırılmış Məlumat-Axtarış Sistemi (İAMAS) və digər müvafiq dövlət qurumlarının informasiya sistemləri ilə inteqrasiya edilmişdir.
  • “Ədliyyə sisteminin müasirləşdirilməsi” layihəsi çərçivəsində məhkəmə işlərinin elektron idarə olunmasının avtomatlaşdırılması, iş proseslərinin avtomatlaşdırılması, vətəndaşlar üçün məhkəmə işlərinin iclaslarına, beynəlxalq tələblərə uyğun olaraq məhkəmə binalarına girişinin təmin edilməsi, yeni məhkəmə işlərinin qeydiyyatı, iclaslarda audio-video qeydiyyatının aparılması, video konfransların və təqdimatların keçirilməsi üçün zəruri infrastrukturun qurulması, sənədlərin elektron dövriyyəsi və elektron sənədlərin idarəetməsi BestComp Group şirkəti tərəfindən hazırlanmış və tətbiq edilmişdir.
  • Şanxay 2010 Beynəlxalq sərgisində Azərbaycan Pavilionun İT infrastrukturun layihələndirilməsi və tətbiq edilməsi.
  • Kitabxanalarda İnformasiya Proseslərinin Avtomatlaşdırılması Sistemi BestComp Group şirkəti tərəfindən Nizami adına Ədəbiyyat Muzeyində uğurla həyata keçirilmiş E-muzey layihəsi, sərgi zallarında nümayiş etdirilməyən, lakin muzeyin arxivində yer alan əsərləri interaktiv informasiya tabloları vasitəsilə multimedia tələblərinə uyğun olaraq tam şəkildə ziyarətçilərə təqdim etməyə imkan verir.
  • Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi, HP və Microsoft şirkəti ilə birlikdə “Xalq kompüteri” layihəsi. Layihə çərçivəsində 30 000-ə qədər vətəndaş aşağı qiymətlərlə kompüter avadanlığı və lisenziyalı proqram təminatı əldə etmişdir.
  • BestComp Group şirkəti “Fərdi elektron pəncərə” məlumat sistemi üçün əsas və məlumatların ehtiyat bazasının yaradılması və bərpası saytını hazırlayaraq təhvil vermişdir.
  • Qabaqcıl beynəlxalq təcrübələrə uyğun olaraq və müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə edilərək həyata keçirilən layihə təhvil vermişik. Azərbaycan Respublikasının müvafiq orqanları tərəfindən ölkə vətəndaşlarına, habelə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə verilmiş və qüvvədən düşmüş sənədlərin vahid məlumat bazasının yaradılması; Əhaliyə elektron xidmətlərin göstərilməsi zamanı insanlara məxsus sənədlərin etibarlıq statusunun avtomatlaşdırımış rejimdə qısa müddət ərzində müəyyən edilməsi; Hüquqi qüvvəsini itirmiş sənədlərin qanunsuz istifadəsinin qarşısının alınması BestComp Group şirkəti tərəfindən hazırlanmışdır.
  • Avtomatlaşdırılmış Təhlükəsiz Şəhər Sistemi üçün məlumatların saxlanması üzrə həllər. Bu sistem ictimai asayiş üzərində davamlı və canlı olaraq nəzarətin edilməsini, hər hansı qeyri-qanuni əməllərə və istənilən fövqəladə hadisələrə qarşı təcili tədbirlərin görülməsini təmin edir.
  • Maliyyə Nazirliyinin “FARABI” layihəsi çərçivəsində müxtəlif İT cihazlarının və avadanlıqlarının təchizatı və quraşdırılması BestComp Group şirkəti tərəfindən həyata keçirilmişdir.
  • Dövlət Xəzinədarlığı Agentliyinin mərkəzi binası və digər idarələri üçün İT cihazlarının və avadanlıqlarının təchizatını, çatdırılması və quraşdırılması BestComp Group şirkəti tərəfindən yerinə yetirilib.
  • “Azərkosmos” binasının İT infrastrukturunun layihələndirilməsi və həyata keçirilməsi layihəsi uğurla təhvil verilib.

Sifarişçilər: