Bank və maliyyə institutlarından başlayaraq sığorta şirkətlərinə qədər bütün müəssisələr qənaət, xərclərin azalması, müştəri məmnuniyyətinin artırılması, gəlirlərin artırılması və investisiyaların özünü doğruldaraq gəlir gətirməsinin sürətləndirilməsi istiqamətində yeni yollar axtarır və innovasiyalar tətbiq edirlər. Biznes hədəflərə vaxtında və effektiv halda çatmaq üçün banklar və digər maliyyə və sığorta institutları, əməliyyat proseslərinin tam təhlükəsiz və yüksək sürət templərində həyata keçirilməsi üçün üstün səviyyəli İT xidmətlərinə malik olmalıdır. BestComp Group şirkəti zamanın nəbzini tutaraq, maliyyə biznesi sahəsində çalışan şirkətlərin rastlaşdığı çətinlikləri aydın şəkildə görür və bu səbəbdən İT sahəsində kompleks həllər təqdim edir. Bizim hərtərəfli yanaşmamız sayəsində, siz məqsədinizə çatmaq üçün bir neçə şirkətlə işləmək məcburiyyətində qalmayacaqsınız.

Bizim uğurlu layihələrimizdən bir neçəsi:

  • Müxtəlif bankların məlumat mərkəzləri üçün innovativ həllərin təchizatı və tətbiqi;
  • Köhnə infrastrukturun yenisi ilə əvəzlənməsi və məlumatların itkisiz köçürülməsi;
  • Bankların mərkəzi ofis və filialları üçün server, yaddaş bazaları, şəbəkə və təhlükəsizlik infrastrukturunun qurulması;
  • Bədbəxt hadisələrdən sonra bərpa işləri üzrə həllər. Bu imkanlarla biz mərkəzi ofis və filialların müstəqil informasiya sistemləri arasında resursların mübadiləsini aparmaq üçün güclü bağlantının yaradılmasını təmin edərək və müştərilərimizə operativ, asanlıqla genişləndirilə, təkmilləşdirilə, istismar və bərpa edilə bilən məlumat mərkəzlərini qurmuşuq.
  • Kompyuter və çap avadanlığı ilə təchizat, peşəkar texniki xidmət, hazır proqram təminatlarının təchizatı və yenilərinin yaradılması xidmətlərini uğurla yerinə yetirmişik.

Sifarişçilər: