25 yanvar tarixində BAKOTECH və Palo Alto Networks şirkətləri birgə Bakıda kibertəhlükəsizlik üzrə “A More Secure Everywhere” adlı konfrans keçirdi. Tədbir zamanı iştirakçılar və spikerlər kibertəhdidlərin inkişafının ən yeni tendensiyalarını, biznesin rəqəmsal transformasiyası dövründə IT təhlükəsizliyinin sadələşdirilməsi və səviyyəsinin artırılması ilə bağlı yanaşmaları müzakirə etdilər.

“Bizim əsas hədəfimiz kiber-insidentlərin baş verməsinin qarşısını almaqdır. Aydın məsələdir ki, insident baş verdikdən sonra görə görəcəyimiz tədbirlərin müvafiq alqoritmi mövcuddur. Lakin məqsədimiz ilk növbədə insidentin qarşısının alınmasıdır”, – Palo Alto Networks (PANW) şirkətinin biznesin inkişafı üzrə regional meneceri Ali Fuat Turkay “A More Secure Everywhere!”adlı xüsusi təqdimatı zamanı şirkətin hədəflərini belə xarakterizə etdi.

Məruzəçilər arasında BestComp Group şirkətinin təmsilçisi də var idi.  BestComp Group şirkətinin təqdimatının mövzusu “Palo Alto Networks şirkətinin təklif etdiyi həllər əsasında korporativ şəbəkənin yoxlanması və idarəedilməsinin qabaqcıl metodları” idi. BestComp şirkətinin təmsilçisi təqdimat zamanı VMware və Palo Alto Network şirkətlərinin birgə həlləri əsasında şəbəkə mikroseqmentasiyasına strateji baxışlarını, eləcə də Palo Alto Network şirkətinin “Global Protect” xidməti bazasında korporativ şəbəkəyə çıxışın idarəolunması barədə fikirlərini bölüşdü.