Cənubi Qafqaz və Orta Asiyanın aparıcı sistem inteqratoru olan BestComp Group Cisco sertifikatlaşdırma proqramı çərçivəsində yeni “Advanced Security Architecture” ixtisaslaşmasını əldə etmişdir. Şəbəkə texnologiyaları sahəsində dünya liderindən bu sertifikata nail olmaq üçün BestComp Group ekspertləri satış, layihələndirmə, həllərin hazırlanması və tətbiqi sahəsində tələblərə cavab vermək üçün bütün şərtləri yerinə yetirmişdilər.

Bu müvəffəqiyyət, BestComp Group mütəxəssislərinin bu sahədə bilik və zəngin təcrübəsini bir daha təsdiq edir. Bu sertifikat şirkətə Cisco avadanlıqlarına əsaslanan ən mürəkkəb layihələri müvəffəqiyyətlə həyata keçirməyə və müştəri məmnuniyyətini artırmağa imkan verəcəkdir.