Şirkət haqqında

1995-ci ildə yaradılan BestComp Group şirkəti sistem inteqrasiyası, data mərkəzi həlləri, layihə həlləri, proqram təminatının yaradılması, IT təhlükəsizlik, distribüsiya, pərakəndə satış və digər İT xidmətlərin (server həlləri, KGS, POS – avadanlığı və s.) göstərilməsi sahəsində Cənubi Qafqaz və Orta Asiyanın İKT sektorunun liderlərindən biridir. Şirkət onilliklər ərzində təcrübəsi və peşəkarlığı sayəsində dövlət və özəl sektorda əhəmiyyətli layihələrə imza ataraq, regionda informasiya texnologiyalarının inkişafının ön sırasında yerini qorumaqdadır.

BestComp Group Hewlett Packard Enterprise şirkətinin “Platinum”, HP Inc., Oracle, Thales və Palo Alto şirkətlərinin “Gold”, Microsoft, Acer, Lenovo, Micro Focus, VMware, Schneider Electric, Eaton, Cisco, Sandvine, Gemalto, HID, F5, Fortinet və 50-dən artıq digər qabaqcıl istehsalçıların rəsmi tərəfdaşıdır.

BestComp Group Azərbaycan, Gürcüstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Türkmənistanda yüzlərlə müxtəlif IT layihələri uğurla həyata keçirmişdir. Şirkətin Gürcüstanda ofisi və nümayəndəliyi Özbəkistanda yerləşən Mərkəzi Asiya ölkələri ilə çalışan regional ofisi vardır.

Şirkətin məhsul və xidmətləri müştəri məmnuniyyətinə və müştərilərin biznes proseslərinin səmərəliliyinin artırılmasına yönəldilmişdir.  BestComp Group onlara konsaltinq xidmətləri göstərərək, İT infrastrukturunu mükəmməlləşdirmək və bununla biznesin səmərəli və məhsuldar olmasına yardımçı olur.

BestComp Group ISO 9001:2015 beynəlxalq keyfiyyət sertifikatına malikdir və bu bir daha müştərilərin ardıcıl, yüksək keyfiyyətli xidmətlər əldə edəcəyinin bir göstəricisidir.

Şirkətin fəlsəfəsi

Missiyamız – hər zaman peşəkar və etibarlı biznes tərəfdaşı kimi tanınaraq, müasir İT texnologiyaları, optimal İT həlləri və məhsulları sifarişcilərə təqdim etməkdir. Daim inkişaf edərək yeni iş yerləri açmaq, İT kadrları yetişdirmək, cəmiyyətin İT maarifləndirilməsində aktiv iştirak etmək missiyamızın tərkib hissəsidir.

Məqsədimiz – rəqəmsal transformasiya prosesinin davamlı inkişafının təmin edilməsinin daşıyıcılarından olaraq beynəlxalq səviyyədə tanınmış, İKT sektorunun müvəffəqiyyətli liderlərindən olmaqdır.

BestComp Group-un başlıca dəyərləri:

  • PEŞƏKARLIQ
  • SƏMİMİYYƏT
  • KEYFİYYƏT
  • İNNOVATİVLİK
  • TEXNOLOJİ KREATİVLİK
Certificate

Mükafatlar

İnsan kapitalı

Şirkətin ən böyuk nailiyyəti onun kadrlarıdır. BestComp Group-da İKT sahəsində böyuk iş təcrübəsinə malik olan 250-dən artıq yüksək ixtisaslı mütəxəssis çalışır. Peşəkarlığı şirkətin əsas dəyərlərindən biri kimi qəbul edərək, BestComp Group kadrlarının peşə hazırlığının fasiləsiz olaraq yüksəldilməsi üçün onların Azərbaycanda və xaricdə müxtəlif təlimlər keçməsinə ciddi sərmayələr yatırır. Şirkətin əməkdaşları mütəmadi olaraq İT-nin müxtəlif sahələrinin aparıcı şirkətləri tərəfindən təşkil edilən ixtisaslaşmış təlimlərə qatılır. Hal-hazırda şirkətin əməkdaşlarının dünyanın aparıcı İT şirkətlərindən aldıqları sertifikatların sayı 500-dən artıqdır. Bu tədbirlər loyallığın qorunması və möhkəmləndirilməsi ilə yanaşı, şirkətin peşəkarlığını təmin edir.

Müştəri rəyi

BestComp Group şirkətinin əməkdaşlarının fədakarlığı və peşəkarlığı sayəsində Səhiyyə Nazirliyi üçün böhranlı sistemin dayanma müddətini ən maksimal həddə azalda bildik və bütöv infrastrukturu növbəti günə tam bərpa etdik. Biz BestComp Group ilə uzunmüddətli səmərəli və peşəkar münasibətlərimizə yüksək dəyər veririk və ümid edirik ki, bizim qarşılıqlı tərəfdaşlığımız uzunömürlü olacaq.

Azamat Jilokov

Layihə Meneceri,“Black and Veatch”
2010-cu ildən etibarən biz BestComp Group şirkəti ilə UPS-lərin (fasiləsiz enerji mənbələri) layihələndirilməsi, quraşdırılması, işlədilməsi və texniki dəstəyin təmin edilməsi istiqamətində sıx əməkdaşlıq edirik. Uzun illərdir ki, məhz BestComp Group şirkəti əsas dövlət qurumlarında UPS sistemlərini müvəffəqiyyətlə yerləşməsini və işə salınmasını təmin etmişdir. Bir əlamətdar hadisəni xüsusilə qeyd etmək istərdik; Azərbaycanda ən güclü UPS sistemini (13x400 kVA) Crystal Hall və Briefing Center üçün BestComp Group şirkəti quraşdırmışdır.

Vüqar Şahmuradov

İdarə Heyətinin Sədri, “Azenco” ASC
BestComp Group şirkətinin əməkdaşlarının yüksək texniki və nəzəri bilikləri ilə yanaşı zəngin təcrübələri onları digərlərindən fərqləndirir və üstün edir. İşçilərin peşəkarlığı, eyni zamanda müştərilərin sorğularının 24/7 rejimində cavablandırılmasında nümayiş etdirilən operativlikdə də öz əksini tapır. Çox sevindirici haldır ki, şirkətin bütün məhsulları və xidmətləri müştərilərin bizneslərini effektiv üsullarla idarə edilməsi sahəsində onların tələbatlarının yüksək səviyyədə ödənilməsinə istiqamətlənmişdir.

M.A. Allahverdiyev

İT Direktor, AGBank
Bizim müştərək həyata keçirdiyimiz layihələrdə rastlaşdığımız keyfiyyət və peşəkarlıqdan çox razıyıq və hamıya BestComp Group şirkəti ilə əməkdaşlıq etməyi qətiyyətlə tövsiyə edirik.

Emin Rzayev

İdarə Heyətinin Sədri, “Bakelektro” ASC