Şirkət haqqında

1995-ci ildə yaradılan BestComp Group şirkəti sistem inteqrasiyası, data mərkəzi həlləri, layihə həlləri, proqram təminatının yaradılması, IT təhlükəsizlik, distribüsiya, pərakəndə satış və digər İT xidmətlərin (server həlləri, KGS, POS – avadanlığı və s.) göstərilməsi sahəsində Cənubi Qafqaz və Orta Asiyanın İKT sektorunun liderlərindən biridir. Şirkət onilliklər ərzində təcrubəsi və peşəkarlığı sayəsində dövlət və özəl sektorda əhəmiyyətli layihələrə imza ataraq, regionda informasiya texnologiyalarının inkişafının ön sırasında yerini qorumaqdadır.
BestComp Group Hewlett Packard Enterprise şirkətinin “Platinum”, HP Inc., Oracle, Thales və Palo Alto şirkətlərinin “Gold”, Microsoft, Acer, Lenovo, Micro Focus, VMware, Schneider Electric, Eaton, Cisco, Sandvine, Gemalto, HID, F5, Fortinet və 50-dən artıq digər qabaqcıl istehsalçıların rəsmi tərəfdaşıdır.
BestComp Group Azərbaycan, Gürcüstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Türkmənistanda yüzlərlə müxtəlif IT layihələri uğurla həyata kecirmişdir. Şirkətin Gürcüstanda ofisi və nümayəndəliyi Özbəkistanda yerləşən Mərkəzi Asiya ölkələri ilə çalışan regional ofisi vardır. Ətraflı

Peşəkarlıq

Biz, İT sahəsində dünyanın ən müasir texnologiyalarını tətbiq etməyi bacaran əsl peşəkar komandayıq. Məhz biz uğurlu biznesin davamlı olmasının təminatçısıyıq.

Keyfiyyət

Ölkəmizin aparıcı şirkətləri bizim keyfiyyətimizə güvənərək, İT və telekom sahələrinin fasiləsiz çalışması üçün bizə etibar edirlər. Siz də onlara qoşulun!

Dəqiqlik

Biz daima hər bir işimizdə sürətli və keyfiyyətli xidmət təqdim edərək müştərilərimizin xüsusi tələblərini qarşılayırıq və hər zaman razılaşmalarımıza sadiqik.

Həllər və Xidmətlər


Fəaliyyət göstərdiyimiz sahədə ən yaxşısı olmağın məsuliyyətini dərk edirik və bunun üçün həyata keçirdiyimiz hər bir layihədə yenilikçi ideyaları reallığa çevirərək müştərilərimizin məmnunluğunu təmin etməyə çalışırıq.
0

Təhvil Verilmiş Layihə

0

Əməkdaş

0

Müştəri

0

Mükafat

Müştəri Rəyi

BestComp Group şirkətinin əməkdaşlarının fədakarlığı və peşəkarlığı sayəsində Səhiyyə Nazirliyi üçün böhranlı sistemin dayanma müddətini ən maksimal həddə azalda bildik və bütöv infrastrukturu növbəti günə tam bərpa etdik. Biz BestComp Group ilə uzunmüddətli səmərəli və peşəkar münasibətlərimizə yüksək dəyər veririk və ümid edirik ki, bizim qarşılıqlı tərəfdaşlığımız uzunömürlü olacaq.

Azamat Jilokov

Layihə Meneceri,“Black and Veatch”
2010-cu ildən etibarən biz BestComp Group şirkəti ilə UPS-lərin (fasiləsiz enerji mənbələri) layihələndirilməsi, quraşdırılması, işlədilməsi və texniki dəstəyin təmin edilməsi istiqamətində sıx əməkdaşlıq edirik. Uzun illərdir ki, məhz BestComp Group şirkəti əsas dövlət qurumlarında UPS sistemlərini müvəffəqiyyətlə yerləşməsini və işə salınmasını təmin etmişdir. Bir əlamətdar hadisəni xüsusilə qeyd etmək istərdik; Azərbaycanda ən güclü UPS sistemini (13x400 kVA) Crystal Hall və Briefing Center üçün BestComp Group şirkəti quraşdırmışdır.

Vüqar Şahmuradov

İdarə Heyətinin Sədri, “Azenco” ASC

Texnoloji Tərəfdaşlıq

Xəbərlər

Bestcomp Group Snom şirkətinin Azərbaycanda Gümüş statusa malik tərəfdaşıdır

Bestcomp Group Snom şirkətinin Azərbaycanda Gümüş statusa malik tərəfdaşıdır. Almaniya şirkəti olan Snom Technology müəssisələrin ...

BestComp Group Bowling Turniri

2018-ci il martın 30-da BestComp Group-un işçi heyəti üçün boulinq turniri təşkil edilmişdir. Üç mərhələ ...

“BakuTel 2017” sərgisində “Bestcomp Group” şirkəti “Ən yaxşı şirkət təqdimatı” mükafatına layiq görülüb

5 dekabr tarixində 23-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları "Bakutel 2017" sərgi və konfransı ...