Aprelin 12-də HP Inc., HPE, Micro Focus, Radware və Apacer şirkətlərinin distribütoru Techpro DC şirkəti tərəfdaşları arasında “TECHPRO OPEN – 2019” boulinq turniri keçirmişdir.

Turnirdə ümumilikdə 24 komanda iştirak edərək, ilk üç yer və Techpro DC şirkətindən qiymətli hədiyyələr uğrunda mübarizə aparmışdı.

Tədbirdə tərəfdaşlar xoş əhval-ruhiyyə və dostluq mühitində birgə vaxt keçirərək eyni zamanda digər şirkətlərin əməkdaşları ilə tanış olub, yeni biznes əlaqələri qurmaq imkanı əldə ediblər.

“Techpro – Open 2019” boulinq turnirinin nəticələrinə görə 1-ci yeri 513 xal toplayaraq BestComp Group komandası əldə etmişdir. Komandamız turnir boyu inamla çıxış edərək, finalda yüksək xal fərqi ilə ön sıraya keçmişdir. Komandanın hər bir üzvü təşkilatçılar tərəfindən 1-ci yerə aid kubok və HP Notebook 14 – ck0092ur noutbukları və digər hədiyəllərlə təltif olunmuşlar.

Turnirdə 2-ci yeri Ultra Techologies, 3-cü yeri isə ABC Telecom şirkəti əldə etmişlər.